Respublika Narkoloji Mərkəzi üçün 250 çarpayılıq yeni bina inşa olunur
Tarix: 11.04.2016 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Respublika üzrə 2015-ci il dekabrin 31-dək qeydiyyatda olan narkomanların ümumi sayı 28 min 555 nıfər təşkil edib. Narkotik istifadəçilərinin 592 nəfəri qadın olub.
AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 11-də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda təşkil olunan “dəyirmi masa”da məlumat verilib. Tədbirdə ölkəmizdə narkoloji xidmətin mövcud vəziyyəti və bu sahədə yeniliklər müzakirə edilib.
İnstitutun rektoru, professor Nazim Qasımovun sədrliyi ilə keçirilən “dəyirmi masa”da Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov narkoloji xidmətin mövcud vəziyyətindən və görülən işlərdən danışıb. Eyni zamanda, “Psixoaktiv maddələrdən asılılığın medikamentoz müalicəsi”, “Narkologiyada əvəzedici terapiyanın tətbiqi təcrübəsi”, “Respublika Narkoloji Mərkəzinin beynəlxalq əlaqələri barədə məlumat”, “Narkologiyada reabilitasiya tədbirlərinin beynəlxalq təcrübəsi” mövzularında məruzələr dinlənilib.
Qeyd edilib ki, dünya ölkələri qarşısında duran ən mürəkkəb ictimai təhlükəliliyi həddən artıq yüksək olan problemlərdən biri narkomanlıq və narkobiznesdir. Narkomaniyanın genişlənərək cəmiyyətin və dövlətin qarşısında duran vacib problemlərdən birinə çevrilməsi, gənclər arasında narkoman və toksikomanların sayının sürətlə artması, narkotiklərə aludə olanların orta yaş həddinin aşağı düşməsi və bununla əlaqədar cinayətlərin sayının artması, əksər dövlətlərdə olduğu kimi, Azərbaycanda da ciddi narahatlıq doğurur. Bu səbəbdən də mövcud problemin həlli üçün yeni yollar axtarılır. Bildirilib ki, Səhiyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzi üçün 250 çarpayılıq yeni bina inşa olunur.




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək
14.09.2019
Qazaxıstanla ticarət artacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info