Şəhid pilotlar və Murad Mirzəyevlə vida mərasimi başa çatıb
Tarix: 11.04.2016 | Saat: 17:30:00 | E-mail | Çapa göndər


Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda şəhid olan hərbi pilotlar və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə şəhidlərin yaxınları, dövlət və hökumət rəsmiləri, müdafiə Naziri Zakir Həsənov, Baş Qərargah rəisi Nəcməddin Sadıqov, respublikanın hərbi prokuroru Xanlar Vəliyev, deputatlar, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Müdafiə naziri Zakir Həsənov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani çıxışında cəbhədə baş verən son hadisələrə toxunaraq bildirib ki, Azərbaycan əsgəri öz sayıqlığı ilə düşmən təxribatının qarşısını alıb, düşmənə xeyli itki verib: "Qələbə qurbansız olmaz. Biz bu yolda şəhidlər də verdik. Neçə ildir düşmən tapdağında olan ərazilərimizin bir hissəsi azad edildi və orada indi Azərbaycan bayrağı dalğalanır. Azərbaycan əsgəri öz qəhrəmanlığını bir daha sübut etdi. Şəhidlərimizin valideynləri də "Vətən sağ olsun!" deyirlər".
Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra şəhidlərin həyatı və xidmətləri haqqında məlumat verilib.
Şəhid pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə, baş leytenant Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasiminin rəsmi hissəsinin bitməsinin ardından şəhidlərin yaxınları sonuncu dəfə onların cənazəsi qoyulmuş tabuta sarılaraq, vidalaşıblar.
Cənazələr dəfn olunmaq üçün II Şəhidlər xiyabanına aparılıb.
Qeyd edək ki, erməni silahlı bölmələrinin aprelin 2-dən təmas xəttində törətdiyi təxribatlar zamanı Azərbaycan Ordusunun mayorları Təbriz Musazadə, Urfan Vəlizadə, baş leytenantı Bəkir İsmayılov və Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı Murad Mirzəyev şəhid olublar.
Onların meyiti ötən gün Azərbaycan tərəfə təhvil verilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info