“Azəravtoyol”a 4 ədəd xüsusi təyinatlı maşın verilib
Tarix: 11.04.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 4 ədəd Çin istehsalı olan xüsusi təyinatlı maşın verilib.
 Maşınlar Azərbaycan və Çin Xalq Respublikası Hökumətləri arasında 2015-ci ildə imzalanmış texniki-iqtisadi əməkdaşlıq  sazişi  çərçivəsində ölkəmizə gətirilən və ”China Civil Engneering Construction Corporation” şirkətinin istehsalı olan 50 ədəd kommunal təyinatlı xüsusi maşınlardan verilib.
 Qeyd edək ki, xüsusi təyinatlı maşınlar Azərbaycan-Çin arasında dostluq münasibətlərinin və texniki-iqtisadi əməkdaşlığın gələcək inkişafı məqsədi ilə Azərbaycan Respublikası Hökumətinə 4,5 milyon ABŞ dolları məbləğində ayrılan növbəti qrant yardımı hesabına göndərilib.
 Bununla bağlı keçirilən tədbirdə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov, Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuin, həmçinin Nazirlər kabinetinin nümayəndələri iştirak ediblər.
 Tədbirdə qeyd olunub ki, 2 ölkə arasında iqtisadi və mədəni əlaqələrin zəngin tarixi var və ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Çin arasında bütün sahələrdə, o cümlədən siyasi və iqtisadi sferalarda əlaqələr daha da inkişaf edərək, dərinləşib. 2012 və 2014-cü illərdə imzalanmış sazişlər çərçivəsində Çindən ölkəmizə 300-dən artıq xüsusi təyinatlı maşın və texnikalar gətirilib.
Bu dəfə gətirilən 50 ədəd məişət tullantıları daşıyan (orta tutumlu), çirkab suları sovuran (assenizator), su daşıyan, yolları süpürən  maşınlardan 4 ədədi (1 əd.çirkab suları sovuran, 1 əd.su daşıyan və 2 əd.yolları süpürən maşın) “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə verilib. Digər maşınlar isə respublika üzrə müvafiq dövlət qurumlarına paylanılacaq.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Arıçılara subsidiya verilməsi ilə bağlı qərar 5 il müddətində qüvvədə olacaq
20.09.2018
Azərbaycanda Çinlə birgə elektron ticarət platforması yaradıla bilər
20.09.2018
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın satışı üçün sertifikat və lisenziya alıb
20.09.2018
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
20.09.2018
Pambığın alış qiyməti artırılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info