Ağdamda zərər dəyən evlər tezliklə bərpa olunacaq
Tarix: 11.04.2016 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Erməni silahlı birləşmələrinin aprelin 2-dən başlayan artilleriya zərbələri nəticəsində Ağdam rayonunun yaşayış məntəqələrinə xeyli ziyan dəyib.
Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, düşmənin atdığı mərmilər nəticəsində 30 ev dağılıb, 5 ev yanıb, 37 evə ziyan dəyib. Sarıcalı kənd tam orta məktəbinin dam örtüyü və pəncərə-şüşə bloku sıradan çıxıb, Rzalar kənd tam orta məktəbinin və Əfətli kənd inzibati ərazi nümayəndəliyinin pəncərə şüşələri sınıb.
Rayonun elektrik təsərrüfatına da ciddi ziyan dəyib. Əhmədağalı, Sarıcalı və Qaradağlı kəndlərində transformatorlar, 1000 metr elektrik xətti, 30 ədəd işıq dirəyi sıradan çıxıb.
Düşmənin atəşi nəticəsində əhaliyə məxsus 10 baş iribuynuzlu, 99 baş xırdabuynuzlu heyvan, xeyli toyuq-cücə tələf olub.
Hazırda rayona dəymiş zərərin aradan qaldırılması üçün tədbirlər görülür. Artıq “Azərişıq” ASC tərəfindən yerlərə 3 ədəd yeni transformator, 5 ton transformator yağı, 2000 metr elektrik naqili, 200 metr SİP kabel, 30 ədəd dirək çatdırılıb, elektrik sistemi bərpa edilib.
Yaxın günlərdə düşmən atəşi nəticəsində ziyan dəymiş fərdi evlərin və ictimai binaların bərpasına başlanılacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info