“Əli Kərimli və onun yanındakılardan hər şey gözləmək olar”
Tarix: 27.02.2013 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


“Qəbiristanlıq olayı ilə əslində belələri həm də erməni
maraqlarına xidmət edirlər”


Ötən sayımızda yazmışdıq ki, fevralın 23-dən 24-nə keçən gecə Saatlı rayonunun Musalı kəndinin qəbiristanlığında 60-a yaxın qəbrin başdaşının sındırılması ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən həyata keçirilmiş operativ tədbirlər nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılmışdı. Onların Musalı kənd sakinləri, heç yerdə işləməyən, 1987-ci il təvəllüdlü Əliyev Nəsimi Arif oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Ədalət Səxavət oğlu olduğu bildirilir.

Əldə edilmiş ilkin məlumata görə isə şübhəli şəxs kimi saxlanmış Nəsimi Əliyevin atası Arif Əliyev vaxtilə AXCP-nin Saatlı rayon təşkilatının üzvü olub. Onun daim mənfəət məqsədilə rayonda vəzifəli şəxsləri şantaj etdiyi, süni narazılıq yaratdığı bildirilir. Araşdırma zamanı o da müəyyən edilib ki, törədilmiş hadisə AXCP rəhbərliyi tərəfindən əvvəlcədən planlaşdırılıb və rayon əhalisini ayağa qaldırmaq, süni narazılıq ocağı yaratmaq, insanların heysiyyətinə toxunmaqla onların kütləvi etirazını təşkil etmək və hakimiyyətə qarşı yönəltmək məqsədi güdüb. Planda rayonun dindarlarını və inanclı insanlarını da bu prosesə qoşmaq nəzərdə tutulubmuş. Məlumat vermişdik ki, son dövrlərdə müxalifətin radikal kəsimi ölkədə sabitliyin pozulması ilə bağlı ən müxtəlif üsullara əl atır. Bunda məqsəd bu ilin oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində ölkədə vəziyyəti gərginləşdirməyə çalışmaqdır. Bu baxımdan radikallar öz adlarına uyğun olaraq ən ağlasığmaz və anormal vasitələrə, metodlara da əl atmaqdadırlar. Bu vaxt isə heç bir etika, dəyər və mənəviyyat amilinə önəm verilmir. Müxalifətin sivil formada siyasi fəaliyyət göstərməyə siyasi etikası, mədəniyyəti və siyasi-kulturoloji səviyyəsi imkan vermədiyi üçün də onlar bu yolu tuturlar. Amma belə hallarda ifşa olunanda radikallar tez məsələni başqa səmtə yönəltməyə və məsuliyyətdən yayınmağa da cəhd edirlər. Təbii ki, yuxarıda qeyd edilən hadisədə iştiraklarının üstünün açılması onların siyasi mövcudluqlarının sonu və cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Eyni zamanda da onlar əhalinin, qəbir yiyələrinin və camaatın haqlı narazılığına, kəskin qəzəbinə tuş gələcəklər. Məhz bunları nəzərə alan AXCP başçısı Əli Kərimli və ümumiyyətlə, radikal müxalifət hər vəchlə bu əməli üstündən atmağa, məsuliyyətdən yaxa qurtarmağa çalışır. Halbuki istintaq araşdırmaları ilə ilkin izlər bu əməli törədənlərin AXCP ilə bağlılığından xəbər verir. AXCP isə bu məsələdə “qabaqdangəlmişlik” edərək hətta hakimiyyəti günahlandırmağa cəhdlər edir, guya bu olayın baş verməsində hakimiyyəti təqsirləndirməyə çalışır. Halbuki normal məntiqlə hakimiyyət hər zaman ölkədə, regionlarda sabitliyin, əhalinin asayişinin qorunmasının, saxlanmasının tərəfdarıdır. Üstəlik, hakimiyyət heç vaxt əhalinin heysiyyəti, dəyərləri ilə oynanılmasına razı ola bilməz. Həmişə bu cür hallara qarşı hakimiyyətin kəskin və sərt mövqedə durduğu və dərhal tədbirlər gördüyünün cəmiyyət şahidi olub. Belə bir situasiyada məhz antiazərbaycan qüvvələr və onların radikal müxalifətdən olan müttəfiqləri əlbir iş görməkdə maraqlıdırlar. Məlum olduğu kimi, seçki yaxınlaşdıqca cəmiyyət müxalifətin dəfələrlə ölkədə müxtəlif məsələlərdən istifadə etməklə sabitliyi pozmağa, gərgin situasiyalar yaratmağa çalışdığını müşahidə edib. Buraya regionlarda süni iğtişaşlara cəhd etmək, əhali ilə asayişi qoruyan orqanlar, dövlət qurumları arasındakı münasibətləri pozmaq, tələbələri dərsdən yayındırıb “boykot”a çağırmaq və sair məqamları aid etmək kifayətdir. Deməli, məhz müxalif qüvvələr antiazərbaycan havadarları və sifarişçiləri vasitəsilə bu cür təxribatlar törədə bilərlər. Hətta əhalinin heysiyyətinin tapdanması, vətəndaşları nahaq yerə narazı salıb küçələrə tökmək üçün onlara bu cür ağır psixoloji təsir göstərmək bahasına olsa belə... Ona görə də radikallar nə qədər çalışsalar da, bu cür əməllərini inkar edə bilməzlər. Bu barədə bizə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elçin Mirzəbəyli belə dedi: “Bu məsələ ilə bağlı istintaq davam edir və araşdırma aparılmaqdadır. Amma prinsip etibarilə Əli Kərimli və onun yanındakı beş-on nəfərlik kiçik qrupdan hər şey gözləmək olar. Biz onları yaxşı tanıdığımız üçün onlardan belə məsələlərlə bağlı hər şeyi gözləyə bilərik. Çünki bu cür işlərə getmək onların dünyagörüşündən, hərisliyindən və “dəyərlərindən” irəli gələn məsələdir.
Onların əməlləri və “dəyərləri” isə əslində bütün normal dəyərlərə meydan oxumaqdan ibarətdir. Əslində bir kənd çərçivəsində olan həmin hadisəyə sadəcə o çərçivədə yanaşılmamalıdır. Bu olayla əslində belələri həm də erməni maraqlarına xidmət edirlər. Yəni ermənilər bu cür qəbir daşlarının, qəbirlərin dağıdılmasından yararlanıb deyə bilərlər ki, “görürsünüz, azərbaycanlılar bizim qəbirləri dağıdanda siz inanmırdınız”. Ona görə də belə hesab edirəm ki, bu, düşünülmüş bir addımdır. Və antiazərbaycan qüvvələrinin işidir. Ermənilər də bundan istifadə edib deyəcəklər ki “azərbaycanlılarda belə bir adət var və onlar öz qəbirlərini də dağıdırlar”. Ona görə də bu olay Azərbaycanın əleyhinə təxribat xarakterlidir. Burada da son məqsəddə azərbaycanlılar barədə qəsdən pis obraz yaratmaq düşünülüb”.
E.Mirzəbəyli dedi ki, bu olay bir növ Əkrəm Naibovun əməli ilə adekvatlıq təşkil edir.
QORQUD




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
20.11.2018
Belarus KİV-ləri: “Azərbaycan Prezidentinin səfəri strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır”
20.11.2018
İki Assosiasiya arasında əməkdaşlığın qurulması üçün ilkin addımlar atılıb
20.11.2018
Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info