İki ölkənin gömrük orqanları arasında məsləhətləşmələr aparılıb
Tarix: 11.04.2016 | Saat: 20:33:00 | E-mail | Çapa göndər


Bu gün Türkiyənin Gömrük və Ticarət Nazirliyinin müavini Rəmzi Akçinin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən verilən məlumata görə, nümayəndə heyəti öncə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcədə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb. Sonra qonaqlar Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının məzarlarını, həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Sonra DGK sədri Aydın Əliyev nümayəndə heyətini qəbul edib.
A. Əliyev iki ölkə arasındakı əlaqələrin bütün sahələr üzrə daim yüksək səviyyədə olduğunu, münasibətlərin formalaşmasında gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü diqqətə çatdırıb. A.Əliyev müstəqil Azərbaycan gömrük xidmətinin keçdiyi inkişaf yoluna nəzər salaraq, gömrük sistemində baş verən böyük uğurların məhz ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində mümkün olduğunu, bu siyasətin hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.
Azərbaycan və Türkiyə gömrük xidmətləri arasında qarşılıqlı əlaqələrin inkişaf perspektivlərinə toxunan komitə sədri bu əlaqələrin daha da genişləndirilməsi və gücləndirilməsinin vacib olduğunu bildirib. A. Əliyev Türkiyə gömrük xidmətinin risk analizləri sahəsində əldə etdiyi təcrübənin nümunə olduğunu və bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin ölkəmizin gömrük orqanlarına fayda verəcəyini diqqətə çatdırıb.
R. Akçin ilk dəfə Azərbaycanda olduğunu bildirib və Bakının füsunkar gözəlliyindən məmnunluqla söhbət açıb. Ulu öndər Heydər Əliyevin söylədiyi “Bir millət, iki dövlət” kəlamını xatırladan türkiyəli qonaq ölkəsinin bütün sahələrdə Azərbaycana dəstək verdiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. R. Akçin xüsusilə gömrük işinin təşkilində proqram təminatı sahəsində Azərbaycanın təcrübəsi ilə tanış olmaq və bu təcrübədən faydalanmaq  istədiklərini diqqətə çatdırıb.
Daha sonra nümayəndə heyətinin üzvləri Hədəf mərkəzində gömrük xidmətinin müasirləşdirilməsi ilə bağlı layihələrlə, DGK-nın Hospitalı ilə tanış olublar. 
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info