Yalançı “boykot” tələbələrin özü tərəfindən boykot edildi
Tarix: 27.02.2013 | Saat: 22:32:00 | E-mail | Çapa göndər


Xaricdə oturub ölkəni qarışdırmaq istəyənlərin daha bir cəhdi alınmadı

Ötən saylarımızda yazmışdıq ki, sosial şəbəkələrdə tələbələri “boykot”a çağıran çağırışlar edilmişdi və guya 27 fevralda “tələbə boykotu” günü keçiriləcəyi iddia edilmişdi. Amma məlum oldu ki, bu iddia bəzi müxalifət nümayəndələrinin “stəkanda fırtına” törətmək cəhdlərindən başqa bir şey deyilmiş. Bu barədə rəylərini öyrəndiyimiz təhsil müəssisələri nümayəndələri və tələbələrin fikirləri də sözügedən məsələnin tələbələr arasında və təhsil ictimaiyyətində yalnız ironiya ilə qarşılandığını, buna qeyri-ciddi yanaşıldığını göstərir. Bir daha bəlli oldu ki, müxalifət nümayəndələrinin ictimaiyyəti, cəmiyyətin müxtəlif təbəqələrini(oxu: bu dəfə tələbələri-İ.A.) aldatmaq, çaşdırmaqla bağlı yalanları ayaq tutub yerimir. Zatən, sosial şəbəkələrdə tələbələri “boykot”a səsləyən səhifədəki insanların da faktiki olaraq tələbə olmadığı, onların əksəriyyətinin heç ölkədə yaşamadığı, onların bir qisminin isə saxta profillərdən yararlanmaqla yalançı “boykot” çağırışı etdikləri bəlli idi. Bir sözlə, bu şəxslərin tələbələr üçün “boykot günü” təşkil edəcəkləri bu cür saxtakarlıqlara görə əvvəlcədən də inandırıcı görünmürdü. Ona görə də özlərini bu cür saxtakarlıqla ifşa edən həmin müxalif qrupun cəmiyyəti bu dəfə də aldatmaq və çaşdırmaq cəhdləri baş tutmadı. Onlar bu cür qeyri-ciddi çağırışları ilə bir daha özlərini ifşa etdilər.
Qeyd etmişdik ki, bu cür “boykot” üçün Azərbaycan tələbələri arasında heç bir sosial sifariş yoxdur, bunun heç bir sosial əsası olmadığı üçün də avantüra baş tutmayacaq. Bu barədə olan açıqlamalar da dediklərimizi təsdiq edir.
Məsələn, Bakı Dövlət Universitetinin (BDU) sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektorun müavini Rəşad Hüseynov APA-ya açıqlamasında deyib ki, universitetdə tədris çox yüksək səviyyədə davam etdirilir. Onun sözlərinə görə, hansısa sosial şəbəkələrdə tələbələrin boykota və ya etiraza çağırılmasının heç bir əhəmiyyəti yoxdur: “Bunların hamısı əsassız və mənasız çağırışlardır. Tələbələrin heç biri buna əhəmiyyət vermədən tədrislərini davam etdirirlər. Onların dərsə davamiyyəti hər zaman olduğu kimi yüksək səviyyədədir”.
Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru Oqtay Səmədov da qəzetimizə bildirib ki, universitetdə hər şey qaydasındadır, normal tədris gedir və bütün tələbələr dərsdədirlər: “Universitetdə tələbələrin dərsə davamiyyətində heç bir problem yoxdur. Tələbələr bütün dərslərdə iştirak edir. Səhər hər qrupa daxil olaraq vəziyyətlə tanış olmuşuq. Hətta tələbələrin özləri də “boykot”la bağlı məsələni birmənalı olaraq mənfi qarşılayıblar. Uşaqlar özləri belə fikir söylədilər ki, bu kampaniyanı təşkil edən şəxsin özünü əgər hansısa ali məktəbdə təhsil alırsa, oradan qovmaq lazımdır”.
Müəllimlər İnstitutundan aldığımız məlumatda da bildirilir ki, belə bir məsələ yalandır və yalnız insanları çaşdırmağa hesablanıb: “Bütün tələbələr dərsdə olublar, tədris yüksək səviyyədə davam etdirilir. Tədris prosesi adi qaydada gedir”. Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Mahmud Möhbalıyev isə APA-ya açıqlamasında deyib ki, universitet tələblərinin hər biri aktiv şəkildə təhsillərini davam etdirir: “Tələbələrin dərsə davamiyyəti yüksək səviyyədədir və onlar heç bir kampaniyaya qoşulmayıblar. Bu xəbər yayıldıqdan sonra universitetdə 10 fakültə üzrə 700 tələbənin iştirakı ilə iclaslar keçirilib və bütün iclaslarda hər kəs bu aksiyaya öz etirazını bildiriblər. Bu gün də tələbələr hər zaman olduğu kimi dərsə gələrək təhsillərini davam etdirirlər”.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə isə bildirib ki, ölkənin bütün ali təhsil ocaqlarında tədris adi günlərdən biri kimi davam edib. Onun sözlərinə görə, tələbələrin davamiyyətində adi günlərlə müqayisədə heç bir fərq və problem yoxdur.
Bizə bu barədə fikirlərini bildirən Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov isə deyib: “Bu günə planlaşdırılan “Azərbaycan tələbələrinin boykot günü” kampaniyası uğursuz nəticələnib. Belə ki, kampaniya təşkilatçılarının məntiqsiz və heç bir mənaya sığmayan çağırışlarına Azərbaycan tələbələri qoşulmamaqla cavab veriblər. Gün ərzində müxtəlif ali təhsil ocaqlarında tələbələrin dərslərdə iştirakı bir daha Azərbaycan tələbəsinin provokasyon çağırışlara uymadığını göstərdi. Biz Azərbaycan Tələbələr Birliyi olaraq tələbələrimizə bu çağırışlara qoşulmamaqla kampaniya təşkilatçılarına, bir qrup şəxsə yaxşı bir dərs verdiyinə və onların planladıqları kimi nəticələrin olmasına imkan vermədiklərinə görə təşəkkür edirik. Biz inanırıq ki, Azərbaycan tələbəsi bundan sonra da təhsilimizin, dövlətçiliyimizin inkişafı üçün çalışan əsas qüvvələrdən biri olacaq. Bu yolda Azərbaycan Tələbələr Birliyinin hər zaman tələbələrimizin yanında olduğunu bildirmək istərdik”.
Azərbaycan Neft Akademiyasının tələbəsi Mahmud Sadıqov da bizə bildirdi ki, “boykot” məsələsinin yalan olduğunu əvvəlcədən bilirmiş: “Bu, sadəcə ölkədə olmayan bəzi müxalif fikirli şəxslərin, eləcə də ölkə daxilindəki müxalifətin blef cəhdləri idi. Əvvəlcədən də buna inanmırdım. Sadəcə, bəzi sosial şəbəkə “qəhrəmanları” bu barədə əllaməlik edirdilər ki, sonda da onların yalanları üzə çıxdı. Bu cür yalanlar onu göstərir ki, belə təxribatlara tələbələr heç zaman inanmamalı və öz təhsillərini davam etdirməlidirlər. Yalnız təhsillə məşğul olub, imtahanlara hazırlaşmaqla uğur qazanmaq və gələcəkdə mütəxəssis kimi yetişmək olar. Küçədə “boykot” deyə veyillənməklə heç nəyə nail olmaq olmaz və bunu Azərbaycan tələbələri çox yaxşı başa düşürlər”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
25.09.2018
“Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
25.09.2018
Müdafiə Nazirliyi: Düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq
25.09.2018
“Fransızdilli” Ermənistanın Frankofoniya sərgüzəştləri

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
4 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
5 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info