“Neftin qiyməti 45 dollaradək bahalaşa bilər”
Tarix: 12.04.2016 | Saat: 00:33:00 | E-mail | Çapa göndər


Ekspertlər OPEC ölkələrinin hasilatı müəyyən həddə dondurmaqla bağlı Dohada razılıq əldə edə biləcəyinə şübhə edir

Neft sənayesinin tarixi haqqında ABŞ-ın nüfuzlu mükafatına layiq görülən Deniel Erqin də OPEC ölkələrinin hasilatı müəyyən həddə dondurmaqla bağlı razılığa gələ biləcəklərinə şübhə ilə yanaşır.
“Dünya iqtisadiyyatının həlledici qüvvəsi kimi OPEC erası sona çatmaqdadır. Təşkilat daxilində parçalanma aydın görünür”- deyən ekspert hesab edir ki, neft bazarında yaranan böhran, OPEC-in “bir səs”lə hərəkət etməməsinə işarədir. Neft üzrə mütəxəssis İranın neft ixracının həcmini müəyyən etməyənə qədər kartel üzvlərin hasilatı "dondurmaq"la bağlı razılığa gələ biləcəklərinə şübhə ilə yanaşır. Ekspertin fikrincə, hazırda neftin qiymətinin aşağı düşməsi ancaq 1980-ci ildə yaranan vəziyyətlə müqayisə oluna bilər. Bununla belə, Ergin neftin qiymətinin müəyyən zaman keçəndən sonra sabitləşəcəyini ehtimal edir: “Hazırda bir çox anbarlar neftlə doludur. Lakin bu, hələ də alt qiymət demək deyil. Bəzi neft ölkələrində artıq neft saxlamağa yer qalmayıb. Ona görə də bu ilin ikinci və ya gələn ilin ilk yarısında neft üzrə bazarın daha balanslı olacağı gözlənilir”. Qeyd edək ki, bu ay Qətər, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela energetika nazirlərinin görüşü keçiriləcək. Görüşün əsas mövzusu neft hasilatının dondurulması barədə olacaq. Səudiyyə Ərəbistanı nümayəndəsi İranın da hasilatı müəyyən həddə dondurmasını şərt kimi irəli sürür.

Neftin qiymətindəki ucuzlaşma 6 körfəz ölkəsinin gəlirlərinə mənfi təsir edib

Tehran isə, beynəlxalq sanksiyaların aradan qaldırandan sonra neft hasilatını artırmaq planını elan edib. Rusiyanın energetika naziri Aleksandr Novak aprelin 17-də Dohada keçirilməsi planlanan danışıqlarda uğura nail olacaqlarına böyük ümid bəslədiyini qeyd edib. Qeyd edək ki, neftin qiyməti təxminən iki ayın ən sürətli artımını göstərməsinin ardından Dohada toplantısı ərəfəsində ABŞ-da daha çox neft qazma quyusunun aktiv vəziyyətə gətirilməsi ilə yüksəlişini qoruyub. Ötən həftə 5 faizdən çox artan neftin qiyməti fevralın 12-dən bu vaxtadək maksimum bahalaşma nümayiş etdirib. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir bareli 39 dollardan, Londonun İCE birjasında “Brent” nefti isə 41 dollardan baha satılır. “CMC Markets”in baş analitiki Maykl Makkartinin fikrincə hazırda bazarda optimist hava mövcuddur və neftin qiyməti bir neçə həftə əvvəl olduğu 40-45 dollaradək bahalaşa bilər: “Lakin Dohada təkliflə bağlı hər hansı razılığa gəlinməsi çətin görünür. Əgər belə bir qərar qəbul edilərsə, bazarda bu razılaşmaya nə qədər riayət olunacağı da sual altındadır”. Onu da qeyd edək ki, dünya bazarında neftin qiymətinin ucuzlaşması 6 körfəz ölkəsinin gəlirlərinə mənfi təsir edib. Küveytin Maliyyə Mərkəzinin hesabatında əsas gəlir mənbəyi neftin satışından olan 6 körfəz ölkəsinin - Səudiyyə Ərəbistanı, Küveyt, Qətər, Bəhreyn, Oman və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) büdcəsində ötən il 160 milyard dollar kəsir yarandığı qeyd edilir. Büdcə kəsirinin 2015-2016-cı illərdə 318 milyard dollara çatacağı da proqnozlaşdırılır. Hesabatda Körfəz ölkələrinin neftin qiymətindəki ucuzlaşma səbəbindən yaranan büdcə kəsirlərini kompensasiya etmələri üçün 2020-ci ilədək 390 milyard dollar həcmində borclanmaya ehtiyacları olduqları bildirilib.
Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə isə gəlirlərinin 80 faizini neft satışından əldə edən Körfəz ölkələri “qara qızıl”ın qiymətlərdəki ucuzlaşma ilə əlaqədar son bir ildə 275 milyard dollar itiriblər. Qeyd edək ki, neftin barel qiyməti 2014-cü ildən bu vaxtadək təxminən 70 faiz azalaraq 120 dollardan 30 dollara qədər ucuzlaşıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Azeri Light”ın bir barreli 80,66 dollara satılır
19.09.2018
Azərbaycanın tranzit imkanları İsveçrədə təqdim olunub
18.09.2018
Bu il Dövlət İnvestisiya Proqramında azı 600 kəndin yolunun təmiri nəzərdə tutulub
18.09.2018
Prezident: Əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsinə çox yaxınlaşmışıq
18.09.2018
“Kaşaqan” neftinin gələcəkdə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəqli planlaşdırılır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info