Tehranla Astana arasında 9 sənəd imzalanıb
Tarix: 12.04.2016 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


İranla Qazaxıstan arasında 9 sənəd imzalanıb. Ölkə prezidentlərinin iştirakı ilə imzalanan sənədlər arasında İpək yolunun inkişaf etdirilməsi, bank sahəsində əməkdaşlıq və 1 milyard dollarlıq ticarət dövriyyəsinin artırılmasına dair sənədlər yer alıb. İran prezidenti Həsən Ruhani bildirib ki, Qazaxıstan İrana qarşı sanksiyalar tətbiq olunan dövrdə Tehranı tək qoymayıb.
O qeyd edib ki, banklar arasında əməkdaşlığın başlanılması, biznesmenlər üçün viza rejiminin sadələşdirilməsi və özəl sektorun gücləndirilməsi istiqamətində görülən işlər iki ölkə arasında əlaqələrin inkişafı üçün önəmli addımlardır. H. Ruhani deyib ki, Tehranla Astana kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, mədəniyyət, elm və texnologiya, neft, neft-kimya, nəqliyyat və dəmir yolu sahəsində əməkdaşlığa dair razılıq əldə ediblər. “İncə Burun -Bəndər Abbas dəmir yolu, Xəzər dənizinin hüquqi statusu və turizmin inkişafı ilə bağlı ayrıca müzakirələrimiz olub. Regionda terrorizm və radikalizmlə mübarizə, Yəmən, Suriya və İraqda sabitliyin bərqərar olması məsələləri də nəzərdən keçirilib”. Qazaxıstan prezidenti Nursultan Nəzarbayov isə bildirib ki, sanksiyaların ləğvindən sonra İranla Qazaxıstan arasındakı münasibətlərin inkişafı üçün yeni səhifə açılıb. “Qazaxıstan həmişə İranın dostu və yardımçısı olub. İki ölkə arasında imzalanan sənədlərin ümumi dəyəri 2 milyard dollardır. Turizm, nəqliyyat və yük daşımaları sahəsində vacib razılaşmalar əldə olunub”, - deyə o vurğulayıb. Qeyd edək ki, İranla Qazaxıstan arasında bir neçə sənəd imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Ermənistan nümayəndəsinin KTMT-nin baş katibi seçilməməsi Paşinyana ciddi zərbə olacaq”
21.11.2018
Çavuşoğlu S-400-lə bağlı məsələyə son qoydu: “Anlaşmanın ləğv edilməsi mümkün deyil”
21.11.2018
RecExpo 2018-də Monteneqronu kəşf et: 2019-da açılacaq ruhlandırıcı dənizkənarı kurort Portonovi
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info