Norveçdə Avropa çempionatı
Tarix: 12.04.2016 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


Norveçin Fyorde şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatına start verilib. Yarışın ilk günündə podiuma 2 atletimiz çıxıb. 48 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Mərziyyə Məhərrəmova B qrupunda mübarizə aparıb və yekunda 19 iştirakçı arasında 11-ci olub. Birdən qaldırmada 70 kq çəkinin öhdəsindən gələn həmyerlimiz təkanla qaldırmada 85 kq çəkini ram edə bilib.
Ondan fərqli, Elmar Alıyev komandamıza ilk medalı qazandırıb. 56 kq çəki dərəcəsində körpücük üzərinə qalxan təmsilçimiz “kiçik bürünc”lə kifayətlənib. Ağırlıqqaldıranımızın birdən qaldırmada cəmi 1 cəhdi uğurlu alınıb. 102 kq çəkini başı üzərinə qaldıran Alıyev ardınca 108 kq sifariş etsə də, öhdəsindən gələ bilməyib və 8-ci olub. Təkanla qaldırma hərəkətində isə Alıyev 3-cü yeri tutub. O, öncə 130 kq çəkini baş üzərinə qaldırıb. Növbəti 3 cəhdinin hərəsində 3 kq çox sifariş verən Elmar bu yanaşmalarını da uğurla bitirib. Toplamda 238 kq nəticə göstərən həmyerlimiz ümumi sıralamada isə 16 idmançı arasında 7-ci yeri tutub. Qeyd edək ki, Rioya lisenziya xarakteri daşıyan Avropa çempionatı aprelin 17-dək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info