Xaricdə media dayaqlarını necə yaratmalı?
Tarix: 12.04.2016 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


İnformasiya savaşında təxribatların, yalan məlumatların qarşısının alınmasında xarici medianın gücündən yararlanmaq vacib amildir

Son hadisələrdə işğalçı Ermənistanın dünya KİV-lərində yalan məlumatları yayması bir daha göstərdi ki, bizim xarici ölkələrdə media dayaqlarımız gücləndirilməlidir.
Əlbəttə ki, yalan məlumatlarla xaricdəki soydaşlarımız yaşadıqları ölkələrin mediasında birbaşa olaraq rastlaşanda daha çox narahatçılıq keçirirlər. Və onlar bu yalanların ifşa olunması üçün əllərindən gələni edirlər. Məsələn, ermənilərin məlum atəşkəsi pozması nəticəsində cəbhə bölgəsində yaranmış gərginliklə bağlı Niderland mətbuatında çoxsaylı yazılar gedib. Təəssüf ki, bəzən Qarabağı “anklav” adlandırıblar. Niderlandda fəaliyyət göstərən “Connect” təşkilatının sədri, Beynəlxalq və Niderland Jurnalistlər İttifaqının üzvü Vüqar Abbasov buna etiraz etmək və həqiqətlərimizi onlara çatdırmaq üçün həmən qəzetlərə və bütövlükdə Niderland mediasına virtual olaraq müraciət göndərib.

“Niderlandda yerli dildə bir sayt yaratmağa çalışıram”
V.Abbasovun fikrincə, son hadisələr bir daha sübut etdi ki, biz həm də informasiya savaşına hazır olmalıyıq: “Neçə müddətdir ki, yaşadığım ölkədə, Niderlandda yerli dildə bir sayt yaratmağa çalışıram. Hələlik edə bilmirəm. Ancaq edəcəm, daha doğrusu, edə biləcəyimə inanıram. Nə qədər imkanım varsa buna cəhd edəcəm”.
V.Abbasov deyir ki, hazırda üzərində çalışdığı işlərdən biri alınarsa, ilk əldə edəcəyi gəlirlə Niderlanda bir sayt açmağa çalışacaq: “Səməd Vurğun demişkən, biz də müsəlləh əsgərik və əlimizdən gələni etməkdəyik və edəcəyik. İnformasiya da bir savaşdır və bu savaşda da qalib gəlməliyik. Ancaq yerli media ilə də əlaqələr qurmaq, sıxlaşdırmaq lazımdır. Bu isə o qədər də asan məsələ deyil. Bunun və ümumiyyətlə, yaşadığımız ölkələrdə media dayaqlarımızın olması üçün çox işlər görməyimiz lazımdır”.

“Avropada KİV vasitəsilə də
mübarizə aparılmalıdır”


Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyətinin rəhbəri Ramiz Əmirliyə görə, xaricdə lobbimizin güclənməsini təkcə dövlətimizin üzərinə atmaq düzgün deyil: “O qədər böyük məbləğdə pul qazanan biznesmenlərimiz var ki! Onlar hərdən bu haqda fikirləşməlidirlər. Bilməliyik ki, dünyaca şöhrətli kişi və ya qadın müğənniləri harasa çağırıb, 1-2 saat konsert təşkil etmək heç də lobbi işi deyil. Yenə də halal olsun Rusiyadakı səfirimiz Polad Bülbüloğluna, cəsarətli çıxışı ilə bizləri sevindirdi. Çox təəssüf ki, hələ də tam təşkilatlanmış bir diaspor qura bilməmişik. Yəqin ki, artıq hadisələrdən sonra lazımi nəticələri çıxartmağı bacaracağıq. Hamılıqla inanırıq ki, hörmətli Prezidentimiz İlham Əliyev diasporumuzun daha da təşkilatlanıb güclənməsi istiqamətində özünün lazımi göstərişlərini verəcək. Çünki, istər nəzəri, istər də praktiki cəhətdən dövlətimizin bütün bunlara imkanı var”.
Həmyerlimizin fikrincə, müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib: “Ona görə də biz artıq gecikmədən təşkilatlanmış diaspor qurmalıyıq. Bu işə var qüvvəmizi sərf etməliyik. Çox sevindirici haldır ki, bir çox ölkədə fəal diaspor üzvlərimiz var. Amma demək lazımdır ki, biz hələ tam təşkilatlana bilməmişik. Müasir zamanımızda diasporsuz dövlət qanadsız quşa bənzəyir. Bacarıb hamılıqla dövlətini və millətini sevən, onun gələcəyini düşünən varlı azərbaycanlı şəxslərin köməkliyi ilə qanadlanmalıyıq. İyun ayının əvvəlində Bakıda Dünya Azərbaycanlılarının IV qurultayı olacaq. İnanıram ki, burada çox mühüm və vacib qərarlar öz əksini tapacaq”.
R.Əmirli deyir ki, Avropada KİV vasitəsilə də mübarizə aparılmalıdır: “Çalışmalıyıq avropalılara anladaq ki, biz müharibə aparmırıq. Biz doğma torpaqlarımızı işğalçı qəsbkarlardan təmizləmək istəyirik! Buna haqqımız var!”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info