Daha 25 gənc biznes inkubator iştirakçısıdır
Tarix: 12.04.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində biznes inkubator iştirakçıları ilə görüş keçirilib. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasında və məşğulluğunun təmin edilməsində biznes inkubatorların əsas mexanizmlərdən olduğunu qeyd edib.
Bildirilib ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və digər mühüm sənədlərdə ölkədə biznes inkubatorların yaradılmasına xüsusi diqqət yetirilir. Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubator üçün yeni iştirakçıların seçilməsi məqsədilə növbəti müsabiqə 14 mart 2016-cı il tarixində keçirilib, daha 25 gənc biznes inkubator üçün yeni iştirakçı seçilib. Biznes inkubatorun yeni iştirakçılarının kənd təsərrüfatı, turizm, İKT, xalçaçılıq, dizayn, emal, xidmət, və s. sahələr üzrə biznes ideyalarını reallaşdırmaq üçün hər cür imkan yaradılıb. Gənclərin sahibkar kimi formalaşmasında biznes inkubatorların əhəmiyyətli rolu olduğundan bu sahədə tədbirlər gələcəkdə də davam etdiriləcək. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Xaçmaz Rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Tağıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Xaçmaz rayon nümayəndəsi Famil Baxışov və digərləri çıxışlarında gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində görülən işlər, bu sahədə biznes inkubatortun rolu, iştirakçıların seçilməsi prosesi və biznes inkubator iştirakçılarına yaradılan şərait barədə məlumat veriblər. Sonra Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində fəaliyyət göstərən biznes inkubatorun otaqlarının açarları yeni seçilmiş iştirakçılara təqdim edilib, biznes inkubatorun fəaliyyəti üçün ayrılmış otaqlar, burada iştirakçılar üçün yaradılmış şəraitlə tanışlıq olub.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
16.01.2019
VTB (Azərbaycan) “MİDA” mənzillərini əldə etmək üçün güzəştli ipoteka krediti təklif edir
16.01.2019
Aİ və Dünya Bankı “Şərq Tərəfdaşlığı“ ölkələrinin infrastrukturunu inkişaf etdirəcəklər
15.01.2019
Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
15.01.2019
Struktur islahatları idarəetməni daha çevik edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info