Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
Tarix: 12.04.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Məhkəmə-Hüquq Şurasının (MHŞ) növbəti iclası keçirilib. MHŞ-dən bildiriblər ki, Şura sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda son günlər erməni hərbi birləşmələrinin təxribatının qarşısının Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınaraq düşmənə ağır zərbə endirildiyi vurğulanıb.
Bu möhtəşəm zəfərin qazanılmasında şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsi yad edilib. İclasda, həmçinin dövlət başçısının ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tapşırıqlarına əsasən görülən ardıcıl tədbirlər qeyd edilib, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişikliklərə və digər təşkilati məsələlərə baxılıb. Eyni zamanda, bir sıra hakimlərin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar onların fəaliyyəti iştirakları ilə müzakirə edilməklə qiymətləndirilib. Yol verilən nöqsan və çatışmazlıqlar onların nəzərlərinə çatdırılıb, habelə hakim kadrlarından daha səmərəli istifadə edilməsi üçün hakimlərin iş yerinin dəyişdirilməsinə dair təkliflər hazırlanıb. İclasda Hacıqabul Rayon Məhkəməsinin hakimi Həmid Əzizov barədə intizam icraatına baxılaraq, qanunvericiliyin tələbin pozduğuna görə ona irad tutulub, 3 hakim barədə intizam icraatları başlanılıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info