Əli Kərimli ermənilərin maraqlarına qulluq edir
Tarix: 12.04.2016 | Saat: 01:06:00 | E-mail | Çapa göndər


Məqsəd ictimai rəyimizdə çaşqınlıq yaratmaq, cəmiyyətimizin münaqişə ilə bağlı birlik və mübarizlik əzmini, qələbə qabiliyyətini zəiflətməyə xidmət etməkdir
Azərbaycan cəmiyyəti və dövləti üçün olduqca aktual və önəmli olan məqamlarda həmişə Azərbaycanın antimilli müxalifətinin ölkənin milli mənafelərinə zidd davrandığını, düşmən tərəflərin dəyirmanına su tökdüyünü və onların maraqlarının ifadəçisi olduğunu görmüşük. İstər Azərbaycanın beynəlxalq arenalarda qazandığı siyasi-diplomatik uğurlarda, istər möhtəşəm mədəniyyət və idman yarışlarındakı qalibiyyətlərimizdə, istərsə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həlledici məqamlarda irəliləyişə nail olanda, ənənəvi radikal müxalifət elə ənənəvi olaraq da milli mənafelərimizi ayaqlar altına atmaq niyyəti güdən mövqeyində dayanıb. Bu isə bir daha ondan xəbər verir ki, ənənəvi radikal müxalifət, xarici, qaranlıq və çox vaxt mövqeyi erməni lobbisinin mövqeyi ilə üst-üstə düşən mənbələrdən hələ də asılıdır.
Bu təəssüfdoğurucu hal cəbhədə son günlərdə baş vermiş hadisələrlə bağlı bir daha müxalifətin simasız mövqeyilə özünü göstərdi. Məlumdur ki, Silahlı Qüvvələrimiz işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Mühüm strateji yüksəkliklərə nəzarəti cəbhədə ələ keçirmişik və Ali Baş Komandan tərəfindən qarşıya qoyulmuş vəzifələri şanlı ordu uğurla yerinə yetirib. Düşmən həm canlı qüvvədə, həm də texnikada böyük itkiyə məruz qalıb.
Xalq Prezidentin yürütdüyü siyasətə etimadını və dəstəyini daha da yüksəldib, cəmiyyətlə hakimiyyət arasında birlik daha da sıxlaşıb, milli ordumuzun zəfəri xalqda yüksək əhvali-ruhiyyə doğurub. Həmçinin Qarabağ münaqişəsinin ədalətli şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunacağına böyük inam yaranıb.
Düşmən tərəfdə isə ciddi qorxu, təlaş və pessimizm formalaşıb, hətta erməni əhalisi Qarabağın onların torpaqları olmadığını indi daha açıq dərk edərək o torpaqları tərk edir. Həmçinin beynəlxalq ictimaiyyət münaqişənin yenidən alovlanması səbəblərinə obyektiv yanaşıb, ölkəmizin davamlı xarakter daşıyan erməni təxribatlarına cavab hüququnu tanıyıb və dəstək verib.
Bütün bunlar hazırkı məqamda sözügedən münaqişədə necə mühüm bir üstünlük qazandığımızın bariz göstəricisidir.
Ölkəmiz formalaşmış “məğlub tərəf” stereotipini sındırdı və göstərdi ki, istənilən anda torpaqları geri almağa qadirdir. Bununla yanaşı, Azərbaycan beynəlxalq ictimaiyyətin israrlı müraciətlərini nəzərə alaraq, hərbi əməliyyatları dayandırıb və sülh prosesinə sadiqliyini növbəti dəfə nümayiş etdirib. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən olduqca yüksək qiymətləndirilib. Bütün baş verənlərsə, təbii ki, düşmən qüvvələrə, Ermənistana və onu dəstəkləyənlərə sərf etmir. Onlar Ermənistan cəmiyyətində yaranmış dərin sarsıntını və itkiləri kompensasiya etmək üçün, yenə də Azərbaycandakı “beşinci kolon”dan, daha konkret desək, Əli Kərimli kimilərindən yararlanmağa çalışırlar. Buna görə də təsadüfi deyil ki, Azərbaycanın həm cəbhə xəttində, həm də danışıqlar masası arxasında mühüm üstünlük əldə etdiyi indiki məqamda Ə.Kərimli və onun yaxın ətrafı daxildə vəziyyəti gərginləşdirməyə xidmət edən çağırışlar irəli sürməyə başlayıb. Əsas məqsəd ictimai rəyimizdə çaşqınlıq yaratmaq, cəmiyyətimizin münaqişə ilə bağlı birlik və mübarizlik əzmini, qələbə qabiliyyətini zəiflətməyə xidmət etmək, xalqın vətənpərvərlik ruhunu, xalqla hakimiyyət arasında birliyi sarsıtmaq və bununla da dövlətimizin əldə etdiyi mühüm nailiyyətin əhəmiyyətini heçə endirməkdir. Beləliklə, AXCP sədri Əli Kərimlinin və onun yaxın ətrafının antimilli davranışları dövlətimizin qarşısında duran strateji vəzifələrin sabotaj olunmasına, Azərbaycanın beynəlxalq nüfuzunun ləkələnməsinə yönəlib. Bu isə, qeyd etdiyimiz kimi, sırf erməni maraqlarından irəli gəlir. Çünki Əli Kərimlinin fəaliyyəti və irəli sürdüyü iddialar ermənilərin Azərbaycana qarşı həyata keçirdiyi informasiya müharibəsinin başlıca istiqamətləri ilə tam şəkildə üst-üstə düşür. Məsələn, hazırda da AXCP, “Azadlıq” qəzeti, sosial şəbəkələrdə fəaliyyət göstərən məlum qrup Əli Kərimlinin sifarişlərinə uyğun olaraq ölkə və xalq üçün ən taleyüklü məqamlarda belə düşmənin informasiya təxribatlarına bəhanə, stimul və dəstək verirlər. Əli Kərimli əsl düşmən kimi uğurumuzu uğursuzluq, qələbəmizi məğlubiyyət kimi qələmə verir və hakimiyyəti ittiham hədəfinə çevirməyə cəhd göstərir. Əli Kərimli hərbi əməliyyatların davam etdirilməsi, müharibənin daha da alovlanması ilə bağlı populist çağırışlar edir, daxildə vəziyyəti gərginləşdirməklə məntiqi yekuna yaxınlaşan münaqişənin ədalətli şəkildə, sülh yolu ilə həllinə zərbə vurmağa çalışır. Bununla isə o, münaqişə ilə bağlı Azərbaycanın qələbəyə aparan siyasətini pozmağa xidmət edən fəaliyyət göstərir. Buradan belə çıxır ki, müharibə tələb edən Əli Kərimli minlərlə gəncimizin qanına susamış əsl düşmən, Vətən xaini, satqındır. Bunun isə bədəli ödənməlidir. Artıq Kərimli kimilərinin ermənipərəst fəaliyyətinə son qoymağın vaxtı çoxdan çatıb. Bu barədə öncə ictimai qınaq olduqca mühümdür. Belə ki, ziyalılar, gənclər, digər kateqoriyalara aid vətəndaşlarımız bu satqın adama öz yerini göstərməlidirlər. Ümumiyyətlə isə bu cür ermənipərəst ünsürlərə Azərbaycan cəmiyyətindəki sosial parazitliklərinə, Vətənə xəyanətə görə ciddi cəza verilməlidir. Bu satqın şəxs həm də hüquqi və cinayət məsuliyyətinə cəlb olunmalı, onun xariclə bağlantıları da bu minvalla tam ifşa edilməlidir.
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Lənkəranda kimsəsiz uşaqlar üçün Novruz şənliyi təşkil edilib
19.03.2019
Ağcabədidə şəhid ailələrinə bayram sovqatı paylanılıb
19.03.2019
Qaradağ rayonunda Novruz şənliyi təşkil olundu
19.03.2019
Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
19.03.2019
Bu gün ilaxır – Torpaq çərşənbəsidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10698

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info