“İslahatlar yaxın illərdə ölkəmizin iqtisadi gücünün daha da artırılmasını təmin edəcək”
Tarix: 12.04.2016 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra məsələlərə toxunan ölkə başçısı iqtisadi sahədə həyata keçirilən tədbirlər və nəzərdə tutulan məsələlərə toxundu.
Birinci rübdə iqtisadi islahatların daha da sürətlə aparıldığını deyən Prezident 2016-cı ilin dərin iqtisadi islahatlar ili olacağını, ilin əvvəlindən bu istiqamətdə çox fəal işlərin görüldüyünü bildirdi: “Bir çox sərəncamlar, qanunlar imzalanıb və qəbul edilib. Biznes mühitinin yaxşılaşdırılması, ixrac potensialımızın artırılması, xarici sərmayənin Azərbaycana cəlb edilməsi, yerli istehsalın artırılması - bütün bu istiqamətlər üzrə çox ciddi qərarlar qəbul edilib”. İqtisadi islahatlar, iqtisadi inkişaf bizim ümumi inkişafımızı müəyyən etdiyini deyən ölkə başçısı onu da qeyd etdi ki, iqtisadi müstəqillik ölkəmizin siyasi müstəqilliyini şərtləndirir, ona görə, iqtisadi sahədə lazım olan bütün tədbirlər görüləcək və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin ediləcək: “Bir sözlə, bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar”.
Mütəxəssislər də mövcud iqtisadi vəziyyət və onun həlli yolları ilə bağlı ölkə başçısının fikirlərinin bu sahədə problemlərin aradan qaldırılmasında, eləcə də iqtisadiyyatın daha da inkişafında mühüm rol oynayacağını deyirlər. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirdi ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirildi ki, birinci rübün ümumi iqtisadi yekunları, gözlənildiyi kimi, müsbət olmayıb: “Dünya bazarlarında neftin qiymətlərinin 3-4 dəfə aşağı düşməsindən sonra, bir neft ölkəsində belə bir nəticə gözlənilən idi. Lakin heç kim buna faciə kimi baxmamalıdır. Hökumətin son 5-6 ay ərzində ölkədə qeyri-neft sektorunun sürətli inkişafını təmin edilməsi istiqamətində atdığı qətiyyətli addımlar, birinci rübdə iqtisadiyyatın neftdən kənar sahələrində əldə edilmiş pozitiv nəticələr, deməyə əsas verir ki, biz doğru yoldayıq. Birinci rübün yekunlarına görə qeyri-neft sənayesindəki 5 faizdən çox, aqrar sahədəki 2,7% artım, dünya iqtisadiyyatının tənəzzül yaşadığı bir dövrdə, bizi optimist əhvali-ruhiyyədə olmağa səsləyir. Bu müşavirədə Prezident 2016-cı ili dərin iqtisadi islahatlar ili adlandırdı. İlin başlanğıcında iqtisadi, maliyyə və sosial islahatların dərinləşdirilməsi istiqamətində atılan qətiyyətli addımlar deməyə əsas verir ki, bu il biz, həqiqətən, real sektorun inkişafı istiqamətində indiyə qədər görə bildiyimizdən daha kordinal addımların şahidi ola biləcəyik”. İqtisadçının sözlərinə görə, ali məqsəd, ilk öncə Azərbaycanda normal biznes mühitini formalaşdırmaqdan və bu hesaba iqtisadiyyatın real sektoruna həm daxili və həm də xarici investisiyaların cəlb olunmasını təmin etməkdən ibarətdir: “Son bir neçə ay ərzində bu istiqamətdə kifayət qədər ciddi qərarlar qəbul edilib. Azərbaycan hökuməti qeyri-neft sektorunun sənaye, aqrar, tikinti, nəqliyyat, turizm kimi sahələrinin hər biri üzrə konkret tədbirlər planı ortaya qoyub. Bu plan yerlərdə sənaye zonalarının yaradılması və aqrar sektorda taxıl, pambıq və barama kimi strateji məhsul növlərinin istehsalının bir neçə dəfə artırılması hesabına ölkənin ixrac potensialının əsaslı şəkildə genişləndirilməsini, tranzit yükdaşımaların və ölkəyə turist axınının artırılması hesabına ölkəyə valyuta axınının kifayət qədər artırılmasını nəzərdə tutan bir plandır. Məqsəd, yaxın bir neçə ilə ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Bu məqsədə çatmaq yolunda ölkədə aparılan institusional islahatların və struktur islahatlarının rolu kifayət qədər böyük olacaq”. F.Yusifov bildirdi ki, aparılan islahatlar yaxın illərdə ölkəmizin iqtisadi gücünün daha da artırılmasını təmin edə biləcək: “Dünyanın siyasi müstəvisində ölkəmizin gücünün artması və Qarabağ məsələsinin istədiyimiz şəkildə həlli də məhz iqtisadi cəhətdən daha güclü olmağımızı bizdən tələb edir. Bütün görülən işlər buna istiqamətlənməlidir. Güclü iqtisadiyyat həm siyasi güc, həm hərbi güc və həm də Azərbaycan vətəndaşının sosial durumunun güclənməsi deməkdir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info