Ağ Evin saytında yerləşdirilən petisiyanı artıq 65 mindən çox adam imzalayıb
Tarix: 12.04.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) sədri millət vəkili Elxan Süleymanov Barak Obama administrasiyasına ünvanlanan "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə" petisiya layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.
Azərbaycan Dillər Universitetinin rektor əvəzi Dünyamin Yunusov layihənin əhəmiyyətindən, Azərbaycan əsgərinin qəhrəmanlığından, gənclərin ruh yüksəkliyindən danışıb. AVCİYA-nın sədri, millət vəkili Elxan Süleymanov hər kəsi layihəyə qoşulmağa çağırıb. O bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Obama administrasiyasını AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməyə, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar. E. Süleymanovun sözlərinə görə, artıq 60 mindən çox səs qəbul edilib. Assosiasiya sədri səs sayının yaxın günlərdə bir neçə yüz minə çatacağına ümid etdiyini vurğulayıb.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov layihənin uğurla davam etdiyini deyib. O qeyd edib ki, 4 gün ərzində 65 mindən artıq insan petisiyanı imzalayıb: “Əlbəttə ki, bu, çox yüksək göstəricidir, amma sayı milyonlarla olan dünya azərbaycanlılarının, dünya türklərinin hamısı bir nəfər kimi bu kampaniyaya qoşulmalı, hamı işğalçı Ermənistanı ifşa etmək üçün birləşməli, daha yüksək göstəricilər əldə olunmalıdır. Düzdür, qaydalara görə 100 min səs petisiya üçün kifayət edir, lakin biz milyonlarıq və milyonların imzası Qarabağ həqiqətlərini, Sərsəng harayını beynəlxalq aləmə çatdırmalıdır. Hər kəsi bu aksiyaya qoşulmağa dəvət edirəm” Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.




 
Bölməyə aid digər xəbərlər
16.06.2019
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
15.06.2019
Litvada “Qara bağın faciəsi” kitabının imza mərasimi olub
15.06.2019
Özbəkistan portalı Ermənistan ordusunun cəbhə xəttindəki son təxribatları barədə yazır
15.06.2019
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15.06.2019
XİN: Ermənistan rəhbərliyi mövqeyindəki qeyri-müəyyənliyə son qoymalıdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info