İranda “Azərbaycanın mülki əhalisinə qarşı erməni təcavüzü” mövzusunda təqdimat
Tarix: 12.04.2016 | Saat: 15:50:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İran İslam Respublikasındakı hərbi attaşesi “Azərbaycanın mülki əhalisinə qarşı erməni təcavüzü” mövzusunda təqdimat təşkil edib.
Tədbirdə Almaniyanın, Rusiyanın, Fransanın, Türkiyənin, Polşanın, Çexiyanın, Ukraynanın, Braziliyanın, Venesuelanın və digər ölkələrin İranda akkreditə olunmuş hərbi attaşeləri, diplomatik korpusun əməkdaşları, ziyalılar və media nümayəndələri iştirak ediblər.
Hərbi attaşe polkovnik-leytenant Emin Əzimzadə Azərbaycana qarşı erməni təcavüzü haqqında məlumat verib. Tədbir iştirakçılarına erməni silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır silahlardan aramsız atəşə tutulması nəticəsində mülki əhali arasında ölən və yaralananlar, habelə yerli infrastruktura dəymiş böyük ziyan barədə faktlar əsasında hazırlanmış məlumatlar çatdırılıb. Eyni zamanda, xarici ölkələrin nümayəndələrinə Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsi çərçivəsində erməni tərəfinin yaydığı dezinformasiya xarakterli materialların saxtalığını sübut edən dəlillər, son hadisələrlə əlaqədar reallığı əks etdirən materiallar təqdim olunub.
Tədbir iştirakçılarına 2016-cı il aprel ayının əvvəlində cəbhə xəttində baş vermiş hadisələri və Azərbaycan Silahlı Qüvvələrinin erməni təxribatına qarşı gördüyü tədbirlər barədə məlumatları əks etdirən CD-lər, həmçinin informasiya bəyanatları paylanıb.
Sonda iştirakçıların sualları cavablandırılıb
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info