“Ermənistanın təcavüzü yalnız dövlətimizə deyil, həm də mənəvi dəyərlərimizə qarşı yönəlib”
Tarix: 12.04.2016 | Saat: 16:13:00 | E-mail | Çapa göndər


“Aprelin əvvəllərində erməni təcavüzü nəticəsində dağıdılan ibadət evlərində qısa müddətdə bərpa işləri aparılacaq və onlar yenidən istifadəyə veriləcək”. 
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
O qeyd edib ki, ermənilər işğal altındakı Azərbaycan torpaqlarında yerləşən məscidlərdən daima başqa məqsədlər üçün istifadə ediblər: “Sonuncu hadisələr zamanı məscidin bombalanması bir daha onu göstərir ki, Ermənistanın təcavüzü yalnız Azərbaycan dövlətinə deyil, həm də Azərbaycanın mənəvi dəyərlərinə, ibadət evlərinə qarşı yönəlib”. 
Qeyd edək ki, Azərbaycan XİN-in yaydığı məlumatda bildirilir ki, Əhmədağalı kəndinin ərazisində yerləşən məscid ibadət zamanı yüksək kalibrli artilleriya mərmiləri ilə vurulub. Bir nəfər mülki şəxs həlak olub, məscidə ciddi ziyan dəyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info