Yaponiya şirkətləri iqtisadiyyatımıza 4,8 milyard dollar yatırıb
Tarix: 12.04.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Yaponiya iş adamları üçün təqdimat keçirilib


Bakı Biznes Mərkəzində Yaponiyanın Okinava prefekturası Parlamentinin sədri Masahuru Kinanın rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, Yaponiya şirkətləri tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 4,8 milyard dollar investisiya qoyulub. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 dəfədən çox artaraq 558,1 milyon dollar təşkil edib.
Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən Sahil Babayev qeyri-neft sahəsində Yaponiyanın kənd təsərrüfatı, sənaye, turizm sahələrində ixtisaslaşmış regionu olan Okinava prefekturası ilə əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu, bu əlaqələrin inkişafında Yaponiya nümayəndə heyətinin ölkəmizə səfərinin əhəmiyyətini qeyd edib.
Yaponiyanın Okinava prefekturası Parlamentinin sədri Masahuru Kina Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizə səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin genişləndirilməsi baxımdan önəmli olacağını vurğulayıb. M.Kina bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla yaxından tanış olmaq və Okinava prefekturasına daxil olan Miyakocima şəhəri ilə Naxçıvan şəhərinin qardaşlaşmaq istəyini reallaşdırmaqdır.
Azərbaycanın investisiya mühiti və biznes imkanları barədə təqdimatla çıxış edən AZPROMO-nun rəhbəri Rüfət Məmmədov iqtisadiyyatın qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması istiqamətində həyata keçirilən sistemli tədbirlər, o cümlədən AZPROMO tərəfindən bu sahədə görülən işlər barədə məlumat verib, Yaponiya iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info