“ASAN imza” daha bir işimiz asanlaşıb
Tarix: 12.04.2016 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Cari ilin aprelin 4-dən etibarən pilot layihə çərçivəsində Elektron Hökumət Portalında (www.e-gov.az) malların və nəqliyyat vasitələrinin gömrük sərhədində bəyan edilməsinə dair elektron xidmət fəaliyyət göstərir. Sözügedən elektron xidmətdən “ASAN imza” mobil elektron imza vasitəsilə istifadə edərək vətəndaşlar xaricdən gətirdikləri malları və nəqliyyat vasitələrini gömrük təmsilçiliyi institutu çərçivəsində operativ olaraq onlayn şəkildə gömrük rəsmiləşdirməsindən keçirə bilər.
“ASAN imza”dan bildirilib ki, bunun üçün deklarant “ASAN imza” ilə Elektron Hökumət portalına daxil olmalı (autentifikasiyadan keçməli) və müvafiq elektron xidməti seçərək gömrük bəyannaməsini elektron şəkildə doldurmalı, sonda bəyannaməni “ASAN imza” ilə təsdiqləməlidir (imzalamalıdır).
Elektron gömrük bəyanetmə sisteminin tətbiqi gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük orqanlarına bəyan edilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, gömrük xidmətlərinin göstərilməsində şəffaflığın təmin edilməsi, sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılması və xarici ticarət əməliyyatlarının daha da stimullaşdırılmasına xidmət edir. Qeyd etmək lazımdır ki, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi prosesində ən zəruri məqam bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Yeni elektron bəyanetmə sistemi istifadəyə verilənədək bu əməliyyat gömrük sərhədlərində mal sahibinin kağız üzərində formanı dolduraraq imzalaması ilə aparılırdı. Ölkəyə idxal edilən malların və nəqliyyat vasitələrinin gömrükdə elektron bəyan edilməsi zamanı “ASAN imza” xidmətindən istifadə bu əməliyyatın olduqca rahat və çevik şəkildə icra edilməsi və istifadəçi məmnuniyyəti baxımından mühüm əhəmiyyət daşıyır.



Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info