“Rusiya və ABŞ-ın yeni “soyuq müharibə”si tezliklə qurtarmayacaq”
Tarix: 27.02.2013 | Saat: 22:46:00 | E-mail | Çapa göndər



“La Repubblica” qəzeti yazır ki, Moskva ilə Vaşinqton arasındakı qarşılıqlı incikliklər, anlaşılmazlıq və inamsızlıq münasibətlərin gərginləşməsinə səbəb olub:


“Söhbət dünyada səsləndirilmiş tutqun tonlardan getmir. Söhbət qarşılıqlı tənələrdən, nüvə başlıqları, Suriya böhranı, İranın nüvə bombası kimi mövzular üzrə böyük və xırda incikliklərdən gedir. Bu narazılıq və incikliklər nəticəsində isə belə mənfi hal minlərlə atılmış rus uşaqlarının, eləcə də kimsəsizlərə və xəstələrə yardım edən amerikalı könüllülərin taleyinə təsir edir. Bu gərginlik daha çox sadə xalq tərəfindən hiss olunur. SSRİ vaxtında Moskva və Vaşinqton arasından sonra bu qədər mürəkkəb və təhlükəli əlaqələr olmayıb.
Amerikalılar Rusiyanı təhlükəli avtoritet kurs seçməkədə günahlandırır, Moskva isə bu ittihamlara cavab verərək deyir ki, hökumət əleyhinə nümayişlərin arxasında “düşmən xarici dövlət” dayanır. Moskva yenidən Sovet dövründəki antiamerika epoxasını oyandırmağa çalışır”.
Daha sonra qəzetdə qeyd olunur ki, yeni soyuq müharibə fenomenini öyrənən siyasətçilər və iqtisadçılar əmindirlər ki, bütün bunlara Rusiyanın əvvəlki prezidenti Dmitri Medvedevin Vaşinqtonda “fast-food” restoranlarından birində qısaqol köynəkdə hamburger yeyərkən çəkilmiş şəkli səbəb olub. 2010-cu ilin yayında hər şey yaxşı gedirdi. Həmin vaxt Rusiya və ABŞ Şərqi Avropada Amerikanın Raket əleyhinə Müdafiə Sistemlərinin quraşdırılması və informatika üzrə razılaşma sahəsində eyni addımı atırdılar.
“Obamanın “müasir və demokratik” Medvedevə həddindən artıq simpatiyası Putinin çox da xoşuna gəlmirdi. Moskvaya səfər edən vitse-prezident Baydenin yersiz sözlərini də xatırlamaq yerinə düşər: “Medvedevin təkrar seçilməsi ölkənin demokratik inkişafında fundamental rol oynayar”. Bir həftə sonra isə Putin Kremlə qayıtmaq barədə qərarını elan etdi”, - deyə qəzet yazır.
Daha sonra qəzet davam edir: “Yanvarda Vaşinqton Moskvada yeni səfir gənc Maykl Makfolanı təyin etdi. Aydın olmuşdu ki, yeni səfir Putin rejimini devirmək üçün “rəngli” inqilablar haqqında monoqrafiyaları və tədqiqatları olan Rusiya üzrə ekspertdir. Makfol Moskvaya gəlişindən dərhal sonra telefonla müxalifət liderlərini ABŞ səfirliyində gizli görüşə çağırmışdı. Nəticədə bu görüşü “onların Birləşmiş Ştatlardan asılılığı” adlandırdılar.
Vladimir Putinin Kremlə qayıdışından sonra ABŞ əleyhinə nəzərdə tutulan, xaricdən maliyyələşdirilən və “xarici agent” adı ilə ittiham olunanlara və başqa cür düşünənlərə qarşı qanunlar qəbul edilməyə başlandı. Bir sıra Amerika xeyriyyə təşkilatları, o cümlədən USAİD Rusiyadakı fəaliyyətlərini bir neçə aylığa dayandırdılar. ABŞ-ın “Hermitage Capital” ingilis investisiya fondunun vəkili Sergey Maqnitskinin həbsxanada ölümü ilə əlaqədar cavabı isə sərt oldu. ABŞ Konqresi vəkilin ölümü ilə əlaqədar olaraq ABŞ-a gəlişləri qadağan edilmiş rus məmurları və siyasətçilərinin daxil olduğu “Maqnitski siyahısı” adlanan qanun qəbul etdi. Onların Amerikadakı əmlakları isə donduruldu. Moskva isə buna “simmetrik” olan bir qanunla cavab verdi: Amerika vətəndaşlarına rus kimsəsiz uşaqların övladlığa verilməsi qadağan edildi. Amerika insan haqları sahəsində əməkdaşlığı bitirdi, Rusiya isə narkotik və terrorizmlə mübarizə barədə razılaşmanı ləğv etdi.
Və beləliklə, politoloq Fedor Lukyanovun sözlərinə görə, söhbət “aşağı intensivli soyuq müharibə”dən gedir. Bu müharibə tezliklə qurtarmayacaq. Amerika rus müqəvvasına ehtiyac duyur. Putin isə bu konfliktdən daha çox qanunlarına haqq qazandırmaq və bu qanunları həyata keçirmək üçün istifadə edir”.
Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 Tarixin ibrət dərsləri...
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info