“İslam dünyasının qarşılaşdığı təhdidlərin əhatə dairəsi artıb”
Tarix: 12.04.2016 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Təəssüf ki, keçən görüşümüzdən bəri İslam dünyasında ümumi vəziyyətin əhəmiyyətli dərəcədə inkişaf etdiyini bəyan edə bilmərik. Əksinə, İslam dünyasının qarşılaşdığı təhdidlərin əhatə dairəsi artıb. Azərbaycan təkcə viran olmuş şəhərlərə və mülki şəxslərin qətlə yetirilməsinə görə deyil, eyni zamanda uzunmüddətli humanitar və qaçqın böhranlarının da daxil olduğu müharibələrin nəticələrinə və bir sıra ölkələrdə baş verən hərbi münaqişələrə görə dərin narahatlığını ifadə edir ”.
Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 13-cü zirvə toplantısına hazırlıq iclasında çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycan Fələstin məsələsinə dair İƏT-in baş katibi tərəfindən həyata keçirilən fəaliyyəti yüksək qiymətləndirir və qardaş Fələstin xalqına sülhün, sabitliyin əldə edilməsi və paytaxtı Şərqi Qüds olan müstəqil dövlətin yaradılması mübarizəsində özünün hərtərəfli dəstəyini bir daha vurğulayır: “Biz İƏT-in islamofobiyaya qarşı apardığı mübarizəsini təqdir edirik. Zorakı ekstremizm və terrorizmin vurduğu zərbələr bu cür neqativ tendensiyaların mövcudluğunun əsas səbəblərindən biridir.  Bu qeyri-insani və pis niyyətli hərəkətlər sülhün və ədalətin düşmənləri tərəfindən həyata keçirilir. Yalnız birgə səylər və həmrəylik nəticəsində belə hallara qarşı səmərəli mübarizə aparıla bilər. Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhlükələrdən biri olan terrorizmin bütün forma və  təzahürlərini pisləyir”.
 
Nazir nəzərə çatdırıb ki, Azərbaycan İslam həmrəyliyini gücləndirən və islami dəyərləri təşviq edən ölkə kimi tanınır: “Biz gələn il Bakıda İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyik və ümid edirik ki, bu, müsəlmanlar arasında birlik həlqələrinin, dostluğun və qardaşlığın gücləndirilməsinə kömək edəcək. Azərbaycan hər zaman İƏT ilə əlaqələrin inkişafına böyük önəm verib. Son illərdə Bakı İƏT-ə üzv dövlətlərin inkişafında qadınların rolu mövzusunda 5-ci Nazirlər Toplantısı və İƏT əmək nazirlərinin ikinci toplantısı kimi bir sıra İƏT tədbirlərinə ev sahibliyi edib. Sonuncu hadisə ilə əlaqədar Azərbaycan Respublikasının prezidentinin təklifi əsasında Bakıda İƏT Əmək Mərkəzinin yaradılması təsdiq edilib. Biz fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətimiz dövründə BMT-nin mənzil-qərargahındaBMT və İƏT arasında tərəfdaşlığın gücləndirilməsinə həsr edilmiş xüsusi iclas keçirilib. Biz qəti şəkildə inanırıq ki, bu təcrübə davam etdirilməlidir. Bu, bizə İslam dünyasının üzləşdiyi hədə və təhdidlərin ifadə edilməsi üçün əlverişli fürsət yaradır”.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
25.09.2018
Azərbaycanın XİN rəhbəri GUAM-Yaponiya Nazirlər görüşündə iştirak edib
24.09.2018
XİN yayılan məlumatı araşdırır
24.09.2018
Azərbaycan ilə Monteneqro arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib
24.09.2018
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info