Boksçularımızdan üçü növbəti mərhələdə
Tarix: 12.04.2016 | Saat: 19:25:00 | E-mail | Çapa göndər


Türkiyənin Samsun şəhərində boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. Yarışın 3-cü günü rinqə Azərbaycan millisinin 4 üzvü çıxıb. İlk mərhələdən azad olan Lorenzo Sotomayor (64 kq) Den Uolşla üz-üzə gəlib. Çətin keçən qarşılaşma 2:1 hesabı ilə Azərbaycan çempionunun xeyrinə başa çatıb. Avropa Oyunlarının da qızıl medalını qazanmış Sotomayor 1/4 finalda Aleksandros Tsanikidislə (Yunanıstan) qarşılaşacaq. İkiqat dünya çempionumuz Məhəmmədrəsul Məcidov (+91 kq) isə daha asan qələbə qazanıb. Avropa Oyunlarındakı zədəsini sağaldan Olimpiya mükafatçısı Dean Qardinerə (İrlandiya) heç bir şans verməyib – 3:0. O, yarımfinala gedən yolda italiyalı Quido Vianello ilə döyüşəcək. Yana Alekseyevna (60 kq) da rinqdən qələbə ilə ayrılıb. İkinci döyüşündə Tatar Gülsümlə (Türkiyə) gücünü yoxlayan təmsilçimiz rəqibini 3:0 hesabı ilə məğlub edib. Alekseyevna 1/4 finalda Aqnes Aleksiussonla (İsveç) qarşılaşacaq. Hər 3 qarşılaşma bu gün baş tutacaq. Onlardan fərqli, qadınlardan ibarət yığmamızın lideri Yelena Vıstropova (75 kq) ilk döyüşdəcə uduzub. 1/8 finalda türkiyəli Sema Çalışkanla qarşılaşan boksçumuz hər 3 raundda zəif təsir bağışlayıb – 0:3. Bununla da 10 idmançımızdan 3-ü mübarizəni dayandırıb. Vıstropovadan öncə Anaxanım Ağayeva (51 kq) və Kamran Şahsuvarlı (75 kq) da yarışla vidalaşmışdı.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info