“Yerli mallar üzrə tender güzəştlərinin həcmi 20 faizdir”
Tarix: 12.04.2016 | Saat: 19:29:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə Bakı Biznes Mərkəzində “Sənayenin inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirilib. Tədbirdə maşınqayırma, metallurgiya, tikinti, elektrik avadanlıqları və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın müəssisənin nümayəndəsi iştirak edib. İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasəti çərçivəsində görülən işlər barədə məlumat verib, qeyri-neft sektorunun inkişafında yeni mexanizmlərin tətbiqinin - sənaye zonalarının, parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. Sahibkarlığın dəstəklənməsi istiqamətində son illərdə aparılan islahatlar barədə ətraflı məlumat verilib, sahibkarlıq sahəsində yoxlamaların 2 il müddətinə dayandırıldığı, lisenziya tələb olunan sahibkarlıq fəaliyyəti növlərinin, rüsumların azaldıldığı, lisenziya prosedurlarının sadələşdirildiyi diqqətə çatdırılıb. Bildirilib ki, yerli istehsalın dəstəklənməsi ilə əlaqədar qanununvericiliyə müvafiq dəyişikliklər edilib, kənd təsərrüfatı və emalı məhsullarına ixracla bağlı geri ödəmə və digər dəstəyin verilməsi mexanizminin yaradılması məqsədilə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında”, iqtisadi fəallığın artırılması, yerli və xarici investisiyaların təşviqi üçün “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” normativ aktlar qəbul edilib. “Dövlət satınalmaları haqqında” qanuna edilmiş bir sıra dəyişikliklər nəticəsində tender təkliflərinin qiymətləndirilməsi zamanı yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə tətbiq edilən güzəştin həcmi 15%-dən 20%-ə artırılıb.
SOCAR-ın vitse-prezidenti David Məmmədov şirkətdə aparılan yenidənqurma və modernizasiya işləri, yerli istehsalın inkişafı sahəsində görülən tədbirlər barədə məlumat verib.
Tədbirdə həmçinin, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktorunun müavini Hüseyin Paşayev və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin icraçı direktoru Nazim Talıbov təqdimatla çıxış etmiş, Azərbaycanda sənaye parkları və sənaye məhəllərinin fəaliyyəti, üstünlükləri və rezidentlərə tətbiq olunan güzəştlər barədə iştirakçılara ətraflı məlumat veriblər.
Neft-qaz emalı və neft-kimya kompleksinin direktor müavini Emil Alxaslı Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası haqqında ,“Azərkimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini Sərvər Ağayev isə qurumda EP-300 qurğusunun yenidənqurma və modernizasiyası haqqında danışıb.
Sonra “Samsung” və “Technimont” şirkətlərinin nümayəndələri Noh Eichul və Nikola Heilper “SOCAR Karbamid” və “SOCAR Polymer” layihələrində yerli şirkətlərlə iş təcrübəsi barəsində təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda şirkətlər arasında əlaqələrin yaradılması və fikir mübadiləsinin aparılması üçün müzakirələr və işgüzar görüşlər təşkil olunub.
İ.AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
İran portalı Heydər Əliyev Beynəlxalq Aeroportundan yazıb
23.05.2019
Azərbaycan neftinin bir barreli 74,2 dollara satılır
23.05.2019
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində 15 ölkənin qastronomiyası təqdim olunub
22.05.2019
Prezident Administrasiyasının işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
22.05.2019
Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq Yunanıstan-Bolqarıstan İnterkonnektorunun inşasına başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info