“Bu hadisə Fransanın dünyadakı imicinə mənfi təsir göstərəcək”
Tarix: 27.02.2013 | Saat: 23:04:00 | E-mail | Çapa göndər


“Azərbaycan diasporunun nümayəndələri Mirvari Fətəliyevaya və Vüsal Hüseynova qarşı törədilən bu hərəkət çoxmillətli Avropanın artıq çətin dövrə qədəm qoyduğunun göstəricisidir.
Digər ölkələrə demokratiya dərsi keçmək istəyən Fransa kimi ölkələrdə bu gün faşizmin ən ciddi əlamətləri görünür”. Bu açıqlamanı Milli Məclisin deputatı Ceyhun Osmanlı verib. C. Osmanlı bildirib ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və bu ölkənin parlamentinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyevanın və azərbaycanlı tələbə Vüsal Hüseynovun fransalı deputatın təhriki ilə döyülməsi Fransada faşizm, rasizm, ksenofobiyanın baş qaldırmasının əlamətləridir: “Təcili olaraq bu məsələyə Fransa hökuməti tərəfindən hüquqi qiymət verilməzsə və ədalətli qərar qəbul edilməzsə, bu məsələ çoxmillətli Fransada ciddi çaxnaşmalara səbəb ola bilər. Biz artıq bütün dünyadakı gənc həmkarlarımıza bu məsələyə qiymət verilmək naminə çağırışlar göndərməyə başlayırıq”. O qeyd edib ki, bu hadisə Fransanın dünyadakı imicinə və ikitərəfli münasibətlərə mənfi təsir göstərəcək, o cümlədən Fransanın hüquqi dövlət kimi mövqeyinə də ciddi suallar yaradacaq: “Bir müddət öncə Angela Merkelin özü də etiraf etmişdi ki, Almaniyada çox mədəniyyətlilik artıq süquta uğrayıb. Demək ki, bu gün bütövlükdə Avropada çox mədəniyyətlilik və tolerantlıq süquta uğrayır. Xatırlatmaq istərdim ki, 2008-ci ildə 18 yaşlı azərbaycanlı Orxan Ağayev də Fransanın Strasburq şəhərində tramvayda gedərkən irqçilik və millətçilik zəminində qətlə yetirilmişdi”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info