“2016-2020-ci illərdə Azərbaycanda alpinizmin inkişafı üzrə strateji konsepsiya” hazırlanır
Tarix: 12.04.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Azərbaycan Alpinizm Federasiyası Rəyasət Heyətinin hesabat toplantısı keçirilib. Azərbaycan Alpinizm Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, toplantı zamanı ilk üç ayda görülən işlərə yekun vurulub, cari problemlər müzakirə edilib, gələcək fəaliyyət planı hazırlanıb.
İclasın yekunları üzrə Federasiyanın digər üzvləri və alpinizm klublarının nümayəndələri ilə görüş keçirilib.
Müzakirələr başlamazdan öncə federasiyanın prezidenti Məmməd Abbasbəylinin təklifi ilə toplaşanlar son döyüşlər zamanı Qarabağda şəhid olan əsgərlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Rəyasət Heyətinin iclasının yekunları barədə məlumat verən M.Abbasbəyli deyib ki, 2016-cı il fevralın 13-də Federasiyanın prezidenti seçildikdən sonra qısa müddətdə Alpinizm Federasiyasının təşkilati baxımdan möhkəmləndirilməsini, gənclər arasında alpinizmin idman növü kimi təbliğini, dağ turizminin inkişafını, həmçinin alpinizm üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsini qarşısına məqsəd qoyub.
Demək olar ki, iki ay ərzində federasiyanın Nizamnaməsinin yenilənməsi və qanunvericiliyin tələblərinə uyğunlaşdırılması üzrə hazırlıq işi görülüb, Federasiyaya üzvlük haqqında Əsasnamə hazırlanıb, Federasiyanın yeni vebsaytı və emblemi üzərində iş başa çatır.
Həmçinin “2016-2020-ci illərdə Azərbaycanda alpinizmin inkişafı üzrə strateji konsepsiya” hazırlanır. Sənəd Federasiya Rəyasət Heyəti tərəfindən təqdir edildikdən sonra Azərbaycan Gənclər və İdman Nazirliyinə göndəriləcək.
2016-cı il üçün illik tədbirlər planı Rəyasət Heyətinə təklif edilib və yekdilliklə təsdiqlənib. Həmçinin Rəyasət Heyəti üzvlərinin səlahiyyətləri müzakirə edilib, Federasiyanın yeni strukturu təsdiqlənib.
Rasim Cəfərov və Sirxan Məmmədov Federasiyanın vitse-prezidentləri seçilib. Ücüncü vitse-prezident və icraçı katib postu hələlik vakant olaraq qalır.
Federasiyanın ofisi, Federasiya aparatının maddi-texniki təminatı məsələsi həll olunub. Federasiya üzvlərinin suallarını cavablandıran M.Abbasbəyli yeni başlayan və dərəcəsi olan alpinistlər üçün tədbir və proqramlar haqda məlumat verib.
“Bizim potensial “Qar bəbirləri”miz Firuz Dadaşov və Sirxan Məmmədova böyük ümidlərimiz var. Ümid edirik ki, bu mövsümdə onlar sonuncu yeddiminlik zirvəni fəth edərək bu fəxri adı alacaqlar”, - Federasiyanın prezidenti qeyd edib.
O həmçinin uzun müddət ciddi problem olaraq qalan Şahdağ milli parkına giriş məsələsinin həlli ilə bağlı planlardan danışıb.
“Biz idmanın, alpinizm və dağ turizminin inkişafı üçün zəngin imkanları olan ölkəmizin naminə qarşılıqlı əməkdaşlıq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fairex Federasiyasından olan həmkarlarımız ilə danışıqlar aparırıq”, - M.Abbasbəyli vurğulayıb.
Öz növbəsində Federasiyanın vitse-prezidenti Rasim Cabbarov bildirib ki, Federasiyanın əsas məqsədlərindən biri əvvəlkitək gənclər arasında aplinizmin populyarlaşdırılması və hər il dağlarda toplanmalar, dərəcəli idmançıların hazırlanmasıdır.
“Çalışacağıq ki, hər il bir neçə 3-cü və 2-ci dərəcəli idmançının hazırlanmasına, təkcə dağa kütləvi qalxmalara yox, yüksək çətinlik kateqoriyasına malik marşrutlarına keçilməsinə nail olaq”, - o bildirib.
Tədbirin sonunda Federasiya rəhbərliyi ilə sıravi üzvlər arasında qeyri-rəsmi söhbət və müzakirələr aparılıb.


.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib
23.09.2018
Bakıda qızıl medal qazandığım üçün çox xoşbəxtəm

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info