Rumıniya səfiri universitetdə
Tarix: 12.04.2016 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu Naxçıvan Muxtar Respublikasına rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində də olub. Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, hazırda dünyanın 50-dən artıq ölkəsinin 80-dən çox universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan, bir sıra beynəlxalq layihələrdə uğurla təmsil olunan Naxçıvan Dövlət Universiteti Rumınyanın ali təhsil ocaqları ilə də tərəfdaşlığa üstünlük verir. Tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini digər xarici ölkələrin ali məktəblərində, o cümlədən Rumınyanın Babeş-Bolyai və George Enescu universitetlərində davam etdirirlər. Səfir ali məktəbin maddi-texniki bazası, strukturu, tədrisin keyfiyyəti, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi barədə məlumatlandırılıb. Səfir Daniel Kristian Çiobanu Rumınyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu, möhkəm fundament üzərində qurulan bu əməkdaşlığın bu gün də uğurla davam etdirildiyini vurğulayıb. Naxçıvan Muxtar Respublikasına ötənilki səfərinin xoş təəssüratlarından danışan diplomat Azərbaycan və Rumınya arasında 2011-ci ildə imzalanmış "Strateji əməkdaşlıq" fəaliyyət planın əsasən iki ölkə arasında siyasi-iqtisadi, sosial-mədəni əlaqələr, elmi və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirildiyin diqqətə çatdırıb. Görüşdə Rumınya ali məktəbləri ilə tələbə mübadiləsi, virtual əməkdaşlığın inkişafı, onlayn simpozium və konfransların təşkili məslələri müzakirə olunub. Rumınyalı diplomat universitetlə tanış olub, müəllim və tələbələrin bir qrupuna “Azərbaycan – NATO münasibətləri” mövzusunda məruzə edib. Məruzəçi NATO-nun yaranma tarixindən bəhs edərək xatırladıb ki, 1994-cü ildən başlayaraq Azərbaycan-NATO əlaqələri yüksələn xətlə inkişaf edir. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr, sülhməramlı əməliyyatlar, təhlükəsizlik sektorunun islahatı, mülki-fövqəladə planlaşdırma, təhlükəsizliklə əlaqədar elmi, iqtisadi və ətraf mühit üzrə əməkdaşlıq məsələləri təşkil edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1994-cü ildə NATO Sülh naminə tərəfdaşlıq proqramının Çərçivə sənədini, 1997-ci ildə isə Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığını daha da gücləndirmək tədbirləri haqqında sərəncam imzalanmışdır. Azərbaycan sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin etmək məqsədi daşıyan, müstəqil dövlətlərin alyansı olan NATO ilə əlaqələrini bu gün də uğurla davam etdirir. NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında ədalətli həllinin tərəfdarıdır. Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanu ölkəsinin NATO-nun Azərbaycandakı əlaqələndiricisi kimi gördüyü işlərdən də danışıb, tələbələrin suallarını cavablandırıb. Görüşün sonunda simvolik hədiyyələr təqdim olunub.

Mehriban Sultan
NDU-nun Mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info