Dağlıq Qarabağdakı separatçı rejimin sponsoruna 7 il iş kəsilə bilər
Tarix: 12.04.2016 | Saat: 21:21:00 | E-mail | Çapa göndər


Rusiyada 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar Levon Ayrapetyana iş istənilib.
Moskvanın Zamoskvoretsk rayon məhkəməsinin iclasında dövlət ittihamçısı L. Ayrapetyanın cəzasını ümumi rejimli koloniyada çəkməklə 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.
İstintaqın məlumatına görə, L. Ayrapetyanın ikili vətəndaşlığı və xaricdə daşınmaz əmlakı var. Öncə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, ötən ilin oktyabrında məhkəmə bu tədbiri ev dustaqlığı ilə əvəz edib.
L.Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info