“Ərəb gəncləri “ərəb baharı” eyforiyalarından peşman olublar”
Tarix: 12.04.2016 | Saat: 21:43:00 | E-mail | Çapa göndər


“The Guardian”: “Onlar stabilliyi demokratiyadan üstün tutduqlarını bildiriblər”

Ərəb ölkələrindəki gənc ərəb respondentlər arasında aparılan sosioloji sorğu maraqlı faktları ortaya çıxarıb.
Bildirilir ki, gənc ərəblərin əksəriyyəti terror təşkilatı “İŞİD”-i rədd edir və deyirlər ki, bu qurumun “xilafət” arzuları tezliklə puça çıxacaq. Bu barədə “The Guardian” yazır. O da bildirilir ki, Ərəb Gəncliyi Araşdırması tərəfindən ərəb cəmiyyətlərində “İŞİD” terrorçu-ekstremist qrupuna dəstəyin olmadığı sorğu nəticəsində aşkara çıxarılıb. Amma o da bildirilir ki, bu cəmiyyətlərdə işsizlik problemi terrorçulara qoşulmaq üçün əsas səbəblərdən biridir. Bununla belə, gənc ərəblərin mütləq çoxluğu davamlı olaraq “İŞİD”-i qəbul etmirlər və inanırlar ki, ekstremist qrupun “xilafət” yaratmaq iddiası baş tutan iş deyil və tezliklə iflasa uğrayacaq. Sorğudan çıxarılan nəticələr bunu deyir. Ərəb gənclərinin yalnız 13 faizi deyib ki, əgər “İŞİD” bu qədər zorakılıqlar etməsəydi, onu dəstəkləyəcəklərini təsəvvür edə bilərdilər. Halbuki bu cür düşünənlərlə bağlı göstərici ötən il 19 faiz olub.

“Gənc ərəblərin mütləq çoxluğu davamlı olaraq “İŞİD”-i qəbul etmirlər və inanırlar ki, ekstremist qrupun “xilafət” yaratmaq iddiası baş tutan iş deyil və tezliklə iflasa uğrayacaq”


Ötən il ərəb gənclərinin 37 faizi “İŞİD”-i Orta Şərq üçün ən böyük problem kimi gördükləri halda, bu il 50 faiz “İŞİD”-i bölgədə ən böyük problem hesab edir. Sorğu keçirilmiş 16 ölkədən 8 ölkədə işsizlik problemləri “İŞİD” üçün ekstremist dini baxışlardan daha cəlbedici faktor olub. Yəni onlar məhz işsizlikdən daha çox yararlanmaqla gəncləri terrora cəlb edə biliblər. Soğrunun nəticələrindən o da bəlli olur ki, beş il bundan öncəki “ərəb baharı” zamanı eyforiyalardan indi ərəb gəncləri peşman olublar. Onlar stabilliyi demokratiyadan üstün tutduqlarını bildiriblər.
Qeyd edilir ki, sözügedən araşdırma 18–24 yaşlı 3500 nəfərlik respondentləri əhatə edib.

İlkin AĞAYEV







 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
18.01.2019
Berlin: Moskva “Şimal axını-2” layihəsinin tikintisini müstəqil şəkildə başa çatdırmağa qadirdir
18.01.2019
İtaliya Suriyada yenidən səfirliyini aça bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info