Niyə erməni saytları Əli Kərimliyə istinad edir?
Tarix: 13.04.2016 | Saat: 00:40:00 | E-mail | Çapa göndər


Bu gün müharibə vəziyyətində olan, torpaqlarını düşməndən azad etmək vəzifəsini ortaya qoyan Azərbaycanda, cəmiyyətimizin və eləcə də bütün soydaşlarımızın bir amalı olmalıdır - dövlətin bu məqsədlə yürütdüyü siyasətə və eləcə də Ermənistanla informasiya savaşına bacardığımız qədər töhfələrimizi əsirgəməmək. Bunun üçün isə milli və dövləti maraqlardan çıxış etmək və düşmən təxribatlarına, dezinformasiyalarına uymamaq lazımdır.
Son günlərdə cəbhədə şanlı ordumuzun düşmən təxribatlarına layiqincə cavab verdiyi və düşməni qətiyyətlə geri oturtduğu, yendiyi bir zamanda, cəmiyyətimizin bütün təbəqələrində Azərbaycan dövlətinin və ordusunun qüdrətinə inam və etimad olduqca yüksəlib. Artıq hamı - Azərbaycan cəmiyyəti, Ermənistan və eləcə də bütün dünya bilir ki, dövlətimiz və ordumuz 1990-cı illərin əvvəllərindəki məğlub dövlət və ordu deyil.Bu ayın əvvəllərində cəbhədə şanlı ordumuzun, müasir silahlarımızın göstərdiyi savaş bunu bir daha hamıya sübut etdi. Savaş nəticəsində Ermənistan dövlətinin və ordusunun cılız, məğlub və gücsüz olduğu tam çılpaqlığı ilə ortaya çıxdı, düşmən cəbhədə ciddi itkilərlə gerilədi və eləcə də beynəlxalq aləmdə bu itkilərini ört-basdır edə bilmədi. Amma düşmən bütün bu itkilərini ört-basdır, cəbhədə və informasiya müstəvisində uğradığı məğlubiyyətləri kompensasiya etmək üçün müxtəlif yollara baş vurmaqdadır. Onlar bunun üçün Azərbaycan cəmiyyətinin və millətinin içində zəif nöqtələr axtarıb tapmağa çalışırlar. Çox təəssüflər olsun ki, belə hallarda onların karına Əli Kərimli kimi radikal müxalifət nümayəndələri gəlir. Ötən sayımızda da bu barədə yazmışdıq. Bu adam hazırkı situasiyadan yararlanıb diqqət cəlb etmək üçün gah “yeni müharibə çağırışları” ilə gündəmə gəlir, gah da Azərbaycan dövlətinin, ordusunun bu sahədə əldə etdiyi irəliləyişlərə kölgə salmağa yönəlmiş çıxışlar edir və iddialar irəli sürür, bu barədə yalan və dezinformasiyalar yayır, cəmiyyətimizi çaşdırmağa çalışır. Bu isə sırf erməni maraqlarına uyğun fəaliyyətdir. Çünki hazırda Ermənistanın bizə qarşı informasiya savaşında işlətdikləri də bu cür çıxışlardır. Belə çıxır ki, Əli Kərimli kimiləri onlarla bu məsələdə paralel, necə deyərlər, çiyin-çiynə çalışırlar. Məsələn, Ermənistan mənbələrinin bu cür şəxslərdən gətirdiyi sitatlara diqqət edək. Onlar Əli Kərimlinin dezinformasiyalarını öz media qurumlarında manşetə çıxarırlar. Belə ki, Ermənistanda fəaliyyət göstərən “1in.am” saytı yenidən AXCP sədri Əli Kərimlinin çıxışından sitat gətirərək manşet yazısı verib. Yazının başlığı belədir: "Milyard dollarlar israf etmiş ordu bu qədər itki verməməliydi- Azərbaycan müxalifəti belə deyib".
Daha sonra bildirilir ki, Əli Kərimli silahlanmaya on milyardlarla dollar pul sərf etmiş ordunun bu qədər itki verməməli olduğunu deyib. Erməni saytı bu sözlərin "Azadlıq" qəzetində yazıldığını qeyd edib. Daha sonra qeyd edilir ki, Əli Kərimli itkiləri əks etdirən gerçək rəqəmlərin gizlədilməsindən narazılığını bildirib. Göründüyü kimi, düşmən bu sferada məhz Əli Kərimli kimi “zəif yerlərimizdən” yararlanmaqla, informasiya savaşında “kompensasiya”ya iddialıdır və “üzünü ağartmağa” çalışır.
Yaxud başqa bir misal. Ermənilərin “Epress” saytı belə bir yalana istinadən yazır: “Azərbaycandan olan köçkünlərin Almaniyada yaratdıqları qurumun - Kaspi Müdafiə Tədqiqatları İnstitutunun ekspertləri təsdiq edirlər ki, rəsmi Bakı son döyüşlərdə ölən azərbaycanlı hərbçilərin sayını azaldır”. Buradan da göründüyü kimi, erməni saytı bizim əleyhimizə başqa bir yerdən yox, öz azərbaycanlımızın - mühacir Cəsur Sümərinlinin başında durduğu təşkilata istinad edir. Yəni daha bir “zəif yerimiz” burada ermənilər üçün casus rolunu oynamış olur. Halbuki hazırkı situasiyada azərbaycanlının (!) yaratdlığı bir təşkilatın dövlətimizin və ölkəmizin əleyhinə işləməsi, ümumiyyətlə, yolverilməzdir. Amma təəssüflər olsun ki, Azərbaycan cəmiyyətinin bu cür “zəif nöqtələri” faktiki olaraq ermənilərlə paralel çalışır, işğalçı Ermənistanın son dövrlərdə Azərbaycandan aldığı ağır zərbələrin sağalmasına “töhfə” verirlər. Əlbəttə, burada erməni lobbisi tərəfindən müəyyən şirnikləndirmələr, qaranlıq maliyyələşmələr və sair faktorları nəzərə almamaq olmaz. Bu cür şəxslər və qurumların qaranlıq və antiazərbaycan mənbələrdən maliyyələşdikləri, “beşinci kolon” rolunu oynadıqları ilə bağlı kifayət qədər faktlar ortadadır və bu barədə çox yazılıb.
Amma, hər halda, azərbaycanlı ola-ola, bu cür antiazərbaycan əməllərə getmək və informasiya savaşında dezinformasiyalarla ermənilərin tərəfində çıxış etməyin cəzası ağırdır - ən azı, Vətənin, şəhidlərin ruhunun, bu ölkənin bütün cəmiyyətinin, insanlarının lənəti! Üstəgəl, bu cür şəxslər hüquqi məsuliyyətə cəlb olunmalı, məqsədli olaraq Azərbaycan dövlətinin və cəmiyyətinin əleyhinə düşmənə xidmət göstərdikləri üçün lazımi cəzalarını yubanmadan almalıdırlar!
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info