“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik ediləcək
Tarix: 13.04.2016 | Saat: 00:53:00 | E-mail | Çapa göndər


“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişikliklər ediləcək. Bu barədə qanun layihəsi Milli Məclisin mədəniyyət komitəsinin iclasında müzakirə olunub.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 11-ci maddəsinə təklif olunan əlavə bəndə görə, kütləvi informasiya vasitələrinə, jurnalistlərə Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymağa yol verilməyəcək. Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, maddənin 4-cü bəndi də dəyişdiriləcək. Yeni redaksiyada qeyd olunur ki, kütləvi informasiya vasitələrinə, jurnalistlərə yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir. Bəndin hazırda qüvvədə olan variantında isə yalnız cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatın yayılmasına yol verilmir. Qeyd edilib ki, bu dəyişiklik qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır. Dəyişikliklər Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə olunub. İclasda yeni hazırlanan “Kinematoqrafiya haqqında” qanun layihəsinə dair də müzakirələr aparılıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, bu sahədə mövcud qanun 1998-ci ildə qəbul olunub və günün tələblərinə artıq cavab vermir. Diqqətə çatdırılıb ki, layihə rəy üçün ekspertiziyaya göndərilib və sənədlə bağlı iş tamamlandıqdan sonra geniş müzakirəyə çıxarılacaq. İclasda “Kitabxana işi haqqında” qanunun müasir tələblər baxımından yenilənməsi ilə də bağlı fikir mübadiləsi aparılıb. Çıxış edənlər bu sahədə qanunvericiliyin təkmilləşdirilməsini vacib sayıblar.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info