Əmək pensiyalarının təyin edilməsi avtomatlaşdırılacaq
Tarix: 27.02.2013 | Saat: 23:07:00 | E-mail | Çapa göndər


Dövlət Sosial Müdafiə Fondu (DSMF) iyulun 1-dən əmək pensiyalarının təyin edilməsinin avtomatlaşdırılması sisteminə keçir. Bu barədə DSMF sədri Səlim Müslümov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşündə deyib. "Hazırda pensiya və müavinətlərin təyin edilməsinin avtomatlaşdırılması üzrə işlər sürətləndirilib. Bunun üçün 2006-cı ilədək əmək stajı haqqında məlumatın DSMF-yə təqdim edilməsi çox vacibdir" deyə Səlim Müslümov bildirib. Onun sözlərinə görə, hazırda staj barəsində məlumatların toplanması üzrə işlər intensivləşdirilib və bu məsələdə vətəndaşların iştirakı olduqca əhəmiyyətlidir: "Yaxın aylar ərzində 2006-cı ilədək vətəndaşların pensiya kapitalı haqqında məlumatı "Sığortaolunanlara məlumatların verilməsi" elektron xidməti vasitəsilə əldə etmək mümkün olacaq. DSMF orqanlarına əmək stajı haqqında məlumat təqdim etmiş vətəndaşlar maneəsiz olaraq pensiyaların təyin edilməsinin avtomatlaşdırılmış sistemindən istifadə edə biləcəklər".




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info