Azərbaycan tarixinin aktual problemləri
Tarix: 13.04.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov AMEA-nın Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin növbəti büro iclasında “AMEA-da islahatlar və müasir mərhələdə Azərbaycan tarixinin aktual problemləri” adlı elmi məruzə ilə çıxış edib.
Yaqub Mahmudov elmi məruzəsində qeyd edib ki, Azərbaycan Prezidentinin çağırışları, tövsiyə və tapşırıqları ilə Tarix İnstitutu son illərdə “Qarabağ: real tarix, faktlar və sənədlər”, “Naxçıvan: tarixi və abidələri”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, dörd kitabdan ibarət üç cildlik “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” sənədlər toplusu, “Azərbaycan xalçaları: İrəvan, Qarabağ, Naxçıvan qrupları”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İlham Əliyev və Azərbaycan tarix elmi” və digər fundamental tədqiqatlardan ibarət 300-dən çox əsər hazırlayıb nəşr etdirib. Y.Mahmudov bildirib ki, Azərbaycan tarixini ilk mənbələrdən öyrənmək məqsədiylə Tarix İnstitutunda yeni bir layihəni - “Azərbaycan tarixi ilk mənbələrdə” layihəsini ortaya qoyub: “Moskva, Sankt-Peterburq, Dərbənd, Mahaçqala, Tiflis, Həştərxan, İstanbul, Ankara, Paris, London, Berlin, Dehli kimi şəhərlərin arxivlərindən əldə olunan arxiv sənədləri çoxcildli toplular şəklində hazırlanaraq tədqiqatçılara və geniş oxucu kütləsinə təqdim edilməkdədir. Ölkə başçısının göstərişi ilə 2009-cu ilin yanvarında Azərbaycan xalqının qatili və soyqırımı cəlladı olan Stepan Şaumyanın və onun əlaltılarının məzarları paytaxtımızın mərkəzindən ümumşəhər qəbiristanına köçürülən zaman həmin məzarlıqda 26 deyil, 23 cəsədin qalıqları olduğu aşkara çıxdı və bununla daşnak-bolşevik saxtakarlığının üstü açıldı”. Tarixçi-alim çıxışında vurğulayıb ki, Tarix İnstitutu AMEA Rəyasət Heyəti və Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi ilə birgə Azərbaycanda və Şərqi Anadoluda ermənilərin həyata keçirdiyi soyqırımlarına həsr olunmuş 3 beynəlxalq elmi konfrans həyata keçirib. Məruzə ətrafında akademiklər Nailə Vəlixanlı, Teymur Bünyadov, AMEA-nın müxbir üzvləri Nərgiz Axundova, İlyas Babayev, Şahbaz Muradov, professor Nazim İmanov və başqaları çıxış edib, Tarix İnstitutunda son illərdə görülən işləri yüksək qiymətləndirərək, tövsiyələrini səsləndiriblər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi
16.01.2019
Kənd təsərrüfatı texnikasının ilk güzəştli satışı həyata keçirilib
15.01.2019
Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı qərargahlar yaradılıb
15.01.2019
Balaxanıda narkotacir saxlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info