“Naxçıvan xanlığına məxsus 3 bayraq” kitabının təqdimatı olub
Tarix: 13.04.2016 | Saat: 01:13:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun “Naxçıvan xanlığına məxsus 3 bayraq” adlı kitabının təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Milli Məclisin elm və Təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli, deputatlar Musa Qasımlı, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları iştirak ediblər.
Daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov kitabın müəllifi Pərvin Gözəlovu təbrik edib, ona gələcək işlərində uğurlar arzulayıb. Bildirilib ki, P.Gözəlov Sankt-Peterburq şəhərində 2015-ci il mayın 10-dan 30-dək elmi ezamiyyətdə olub, Dövlət Ermitaj Muzeyində və Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyinin bayraq fondlarında və arxivlərində elmi tədqiqat aparıb. Elmi araşdırma nəticəsində bayraq fondlarında Azərbaycanın Naxçıvan xanlığına məxsus olmuş iki bayraq aşkarlanıb. Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilib. Xanlıqların işğalı zamanı Bakı xanlığının 9 bayrağı, Gəncə xanlığının 8 bayrağı və Cavad xanın ştandartı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan xanlığının 4 bayrağı qənimət kimi götürülüb, Sarskoselskiy saray arsenalına təhvil verilib və 1906-cı ildə Tiflisdəki Şöhrət Muzeyinə göndərilib. Qarabağ, Naxçıvan, Şirvan, Quba və digər xanlıqların bayraqlarının axtarışı istiqamətində tədqiqatçı tərəfindən araşdırmalar aparılıb. Müəyyən olunub ki, hakimiyyətə yeni gələn xan əvvəlki dövlət bayrağını saxlasa da, öz bayrağını qəbul edib. Bu səbəbdən də hər xanlığın bir neçə bayrağı mövcud olub. Pərvin Gözəlovun elmi tədqiqatları nəticəsində Naxçıvan xanlığının aşkar edilmiş üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zamanı rus qoşunları tərəfindən alınıb və general İ.Paskeviç tərəfindən Sankt-Peterburqa göndərilib. Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyinin fondunda bu bayraq “XVIII-XIX əsr müsəlman bayrağı” adı ilə saxlanılır.
Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvan xanlığının aşkar olunmuş üçüncü bayrağı düzbucaq formadadır. Eni 92 santimetr, uzunluğu 192 santimetr olan bayraq bir-birinə üfüqi şəkildə tikilmiş yaşıl və qırmızı parçadan ibarətdir. Bayrağın yaşıl hissəsində qırmızı parçadan Günəşin simvolik təsvirinə bənzər səkkizguşəli ulduz tikilib. Bayrağın üzərindəki zədələnmiş hissələr muzeyin laboratoriyasında bərpa edilib. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan onun yeddi guşəsi qalıb. Bayrağın sol tərəfindən ağac sapa taxılması üçün bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının üzərinə dəmirdən düzəldilmiş nizəvarı formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb.
Nümayəndəliyin rəhbəri deyib ki, dövlətimizin başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizdə Dövlət Bayrağı Meydanı yaradılıb, Bayraq Günü təsis olunub. Bütün bunlar ölkəmizdə dövlətimizin milli atributlarına göstərilən hörmətin təzahürüdür.
Çıxış edən Pərviz Gözəlov müəllifi olduğu kitab haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın qədim dövlətçilik ənənələrinin təbliği baxımından bu kitab xüsusi əhəmiyyətə malikdir. Kitabda təqdim olunan Naxçıvan xanlığının üç bayrağı xanlığın dini, siyasi, ideoloji mənsubiyyətini tam əks etdirir. Bayrağın üzərindəki rəmzlər müasir dövlətçiliyimizin tarixidir.
Bu gün Azərbaycanda bayraq mövzusunun çox aktual olduğunu söyləyən akademik İsa Həbibbəyli deyib: “Bayraq dövlətin rəmzlərindən biridir və hər bir ölkə, onun vətəndaşları üçün müqəddəsdir. Son günlər cəbhə xəttində ordumuzun əldə etdiyi qələbələr dövlət bayrağı mövzusunu daha da aktullaşdırdı. Əvvəllər bayraq ancaq rəsmi yerlərdə ucaldılırdı. Bu gün isə artıq vətəndaşlarımızın evlərində, eyvanlarda Dövlət bayrağımız dalğalanır. Bu, çox qürurverici haldır. Bu, Azərbaycan xalqının bir bayraq altında birləşdiyini aydın şəkildə göstərir”.
Naxçıvan xanlığının atributlarının öyrənilməsi istiqamətində bir sıra işlərin görüldüyünü xatırladan İsa Həbibbəyli bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü ilə Naxçıvan xanlığının baş iqamətgahı olan Xan Evi əsaslı şəkildə təmir olunub.
Nəşr haqqında fikirlərini bildirən AMEA-nın vitse-prezidenti qeyd edib ki, bu araşdırma Pərvin Gözəlovun Azərbaycanın tarix elminə, dövlətçilik ideologiyasına bir töhfəsidir. O deyib: “Müasir Azərbaycan dövlətinin bayrağı ilə Naxçıvan xanlığının bayrağı arasında ortaya çıxan oxşarlıqlar onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə üçrəngli bayrağımız təsis olunarkən Azərbaycan xanlıqlarının bayraqlarındakı elementlərdən də istifadə olunub”.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, professor Musa Qasımlı kitabın ərsəyə gəlməsi münasibətilə müəllifi təbrik edib. Qeyd edib ki, zəngin tarixə malik Azərbaycanın bu cür önəmli araşdırmalarla məşğul olan insanlara, xüsusən də gənclərə ehtiyacı var. M.Qasımlı kitabın bir sıra xarici dillərə tərcümə edilməsinin vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də kitabın Azərbaycan tarixinin öyrənilməsi işinə töhfə olduğunu deyib, müəllifə gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info