Ağ Evin saytında açılmış petisiya ilə bağlı tələbələr məlumatlandırılır
Tarix: 13.04.2016 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 06.04.2016-cı il tarixində “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsinin icrasına start verib.
Layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub. Petisiyanın mahiyyəti ilə bağlı müxtəlif ali məktəblərdə görüşlər keçirilir, iştirakçılara məlumatlar verilir. Dünən bu qəbildən növbəti görüş Sumqayıt Dövlət Universitetində keçirildi. Universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov açıb. AVCİYA-nın nümayəndəsi, tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı tədbir iştirakçılarına petisiya ilə bağlı məlumat verərək bildirib ki, petisiyadakı tələblər AŞPA-nın 2080 (2016) saylı qətnaməsində də nəzərdə tutulub. M.Zülfüqarlı qeyd edib ki, bu petisiyada Azərbaycan ərazilərinin işğalı faktı növbəti dəfə qabardılır və işğal altındakı Sərsəng su anbarında baş verə biləcək hər hansı qəzanın ölkəmizin ərazisinin bir hissəsini ekoloji faciəyə məruz qoyacaq. AVCİYA-nın əməkdaşı Rüfət Muradov petisiyaya səsvermə qaydası ilə tədbir iştirakçılarını tanış etdi və gəncləri bu prosesdə fəal olmağa çağırıb. Petisiya layihəsi çərçivəsində Neft və Sənaye Universitetində də görüş keçirilib. Universitetin prorektoru Rafiq Camalov layihənin əhəmiyyətindən danışıb, Neft və Sənaye Universitetinin tələbələrini səsvermədə fəal olmağa çağırıb. Petisiya ilə bağlı çıxış edən siyasi elmlər doktoru Ramiz Sevdimaliyev bildirib ki, səsvermədə 13 yaşdan yuxarı hər kəs iştirak edə bilər. Müraciətə qoşulanlar Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə, bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım etməyə çağırırlar. Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info