Fermerlərin satış problemi həll olunur
Tarix: 13.04.2016 | Saat: 01:20:00 | E-mail | Çapa göndər


"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılması yerli ərzaq məhsulları istehsalçılarına stimul verəcək
Məlum olduğu kimi, Prezident “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncam imzalayıb. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti fermerlərin öz məhsullarını sata bilmələri üçün böyük imkan yaradacaq.
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olacaq qurum dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada təmin olunmasını təşkil edəcək.

Eldar İbrahimov:
“Ərzaq məhsulları istehsalçıları dəqiq biləcək ki, onların dövlətin simasında 100 faizlik alıcısı var. Dövlət onların istehsal etdiyi məhsulların müəyyən qismini alacaq”


“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” Qaydası isə ərzaq məhsulunu satmaq istəyində olan istehsalçılara elektron qaydada qeydiyyata düşərək, məhsullarını dövlət tədarükçüsünə satmağa şərait yaradacaq. Bu barədə də danışan M.Hacıyev deyib: “Dövlətimizin başçısının 2016-cı il 11 aprel tarixində imzaladığı Fərmanla təsdiqlənən “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması” Qaydası və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam Azərbaycanda kənd təsərrüfatının inkişafına təkan verəcək.” O bildirib ki, kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına zəmin yaratmaq məqsədilə imzalanan fərman və sərəncamların icrası üçün Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələrinə təlimatlar verilib. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov “Trend”ə bildirib ki, Azərbaycanda "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin yaradılması yerli ərzaq məhsulları istehsalçılarına stimul verəcək. Onun sözlərinə görə, ərzaq məhsulları istehsalçıları dəqiq biləcək ki, onların dövlətin simasında 100 faizlik alıcısı var: "Dövlət onların istehsal etdiyi məhsulların müəyyən qismini alacaq". E.İbrahimov qeyd edib ki, ASC-nin əldə etdiyi məhsullar uşaq bağçaları, hərbi hissələr və digər müəssisələrin ərzaq məhsullarına olan tələbatı qarşılamağa yönəldiləcək: "Daha əvvəllər bu müəssisələrə dövlət büdcəsindən vəsait ayrılırdı ki, onlar ərzaq məhsullarını ala bilsinlər. Məsələn, cari ildə dövlət büdcəsində bu xərclər üçün 309 milyon manat nəzərdə tutulub. Bir sıra hallarda müəssisə idxal edilmiş məhsulları alırdı, lakin ASC-nin yaradılması qida məhsullarının idxalını azaltmağa və yerli məhsul istehsalçılarını təşviq etmək üçün şərait yaratmağa imkan verəcək". O əlavə edib ki, bu, kənd təsərrüfatı məhsullarının istehsalının həcmini artırmağa və həmin məhsulların qiymətinin azalmasına gətirib çıxaracaq.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”
20.02.2019
“Avropa İttifaqı Azərbaycana dəstək verməyə hazırdır”
20.02.2019
Azərbaycan Litvanın vacib tərəfdaşı olub və olacaq
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info