“Biznes ictimaiyyəti olaraq şəffaflıq sahəsindəki islahatları alqışlayırıq”
Tarix: 13.04.2016 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Azərbaycandakı Amerika Ticarət Palatası idxal-ixrac əməliyyatlarının aparılma tərzindəki müsbət dəyişiklikləri, xüsusilə gömrük sahəsindəki şəffaflığı alqışlayır”.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycandakı Amerika Ticarət Palatasının ("AmCham Azerbaijan") nümayəndə heyəti arasında baş tutan görüş zamanı “Deloitte and Touche” MMC-nin Azərbaycan ofisinin nümayəndəsi Nuran Kərimov deyib.
Onun sözlərinə görə, yerli istehsalı stimullaşdıran ünvanlı gömrük siyasəti qeyri-neft sektorunun daha da inkişafına təkan verəcək: “Biz biznes ictimaiyyəti olaraq şəffaflıq sahəsindəki islahatları alqışlayırıq. Nə qədər çox şəffaflıq olarsa, dövlət büdcəsinə bir o qədər çox vergi daxil olar. Eyni zamanda, vergi sistemi daha çox təkmilləşdirilməlidir ki, vergi ödəyicisi olan investorlar cəlb edilsin. İnanırıq ki, vaxtında vergilərini ödəyən şirkətlər və digər vergi ödəyiciləri hökumət tərəfindən daha az yoxlamalara məruz qalmalıdırlar. Aydındır ki, burada vergilərin yığılması və biznesin inkişafının dəstəklənməsi arasında bir balans tapılmalıdır. Vergi ölkənin iqtisadi rəqabətliliyinin artırılmasında və investorların cəlb edilməsində çox güclü alətdir”.
N. Kərimov bildirib ki, coğrafi mövqeyi sayəsində Azərbaycan regional mərkəz kimi çıxış edə və investorlar üçün əlverişli vergi rejimi çox faydalı ola bilər. “Qeyd olunduğu kimi, dövlət qurumları tərəfindən həyata keçirilən auditləri dayandırmaq qərarınız sahibkarlarda etimadı artırıb. Bununla bağlı növbəti addım olaraq hazırda Vergilər Nazirliyi tərəfindən və sosial müdafiə ilə bağlı aparılan yoxlamaların birləşdirilməsini təklif edirik. Şirkət vergilərini və sosial təminat ödənişlərini tam ödəyirmi? Daha az yoxlama bizneslər üçün daha az maneə deməkdir”, - deyə N.Kərimov vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info