Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolu yenidən qurulur
Tarix: 13.04.2016 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”ına əsasən Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işlərinə start verilib.
“Azəravtoyol” ASC-dən verilən məlumata görə, sözügedən avtomobil yolu Sovet dövrünün hərəkət şiddətinə hesablanaraq, norma və tələblərə uyğun şəkildə inşa edilib. Hazırkı hərəkət intensivliyinə, norma və standartlara cavab vermədiyindən isə sözügedən avtomobil yolu ilə nəqliyyat vasitələrinin, o cümlədən piyadaların normal, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yenidən qurulmasına başlanılıb.
İlkin mərhələdə 24,5 km. uzunluğunda olan Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunun 6,8 km. hissəsinin, II mərhələdə isə yerdə qalan 17,7 km. hissəsinin yenidən qurulması nəzərdə tutulur. Artıq ilkin mərhələdə nəzərdə tutulan 6,8 km. yolun 1,1 km-i “Bakı-2015” I Avropa Oyunları öncəsi hər iki istiqamət üzrə 3 olmaqla 6 hərəkət zolağı enində yenidən inşa edilib.
Burda ayrıcı zolağın eni 4 m., hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 m. olmaqla yolun ümumi eni 35 m-dir. Yol boyu hər iki istiqamət üzrə 2 m. enində səkilər və 400 m. uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.
İlkin mərhələdə nəzərdə tutulan 6,8 km-lik yolun yerdə qalan hissəsinin I texniki dərəcəyə uyğun yenidən qurularaq hər iki istiqamət üzrə 2 olmaqla, 4 hərəkət zolaqlı olması nəzərdə tutulub. Layihəyə uyğun olaraq Zığ dairəsi-Hövsan-Türkan avtomobil yolunda hərəkət hissəsinin eni 15 m., ayrıcı zolağın eni 5 m., hər iki istiqamət üzrə çiyinlərin eni 3,75 m. olmaqla torpaq yatağının eni 27,5 m. olması nəzərdə tutulub.
Bundan başqa, əsaslı yenidənqurma işləri çərçivəsində yol boyu müasir işıqlandırma sistemləri qurulacaq, piyadaların rahat və təhlükəsiz hərəkəti üçün bir istiqamət üzrə 3 m. enində piyada səkiləri tikiləcək, xüsusi “cib”li avtobus dayanacaqları və yerüstü piyada keçidləri inşa ediləcək. Ümumilikdə layihə boyu 21 ədəd ( yolun 6,8 km-lik hissəsində 6 ədəd ) avtobus dayanacağı və 8 ədəd (yolun 6,8 km-lik hissəsində 3 ədəd ) yerüstü piyada keçidinin inşası aparılacaq.
Hazırda yolun I mərhələsi üzrə nəzərdə tutulmuş hissəsində “Azəravtoyol” ASC-nin nəzarəti altında mühəndis-kommunikasiya xətlərinin köçürülməsi, torpaq işləri və suötürücü keçidlərin inşası işləri aparılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
AYİB Azərbaycanda bərpa olunan enerji sahəsinə dəstək verəcək
24.03.2019
Azərbaycan və BP Aral dənizində geoloji kəşfiyyat işlərinə başlaya bilərlər
24.03.2019
Türkiyədə ev alan azərbaycanlıların sayı artıb
23.03.2019
Rusiya aviaşirkəti Azərbaycana yeni reyslər açır
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10705

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Prezident və xanımı Bakıda Novruz şənliyində
5 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info