“Düşmən hərbçilərimizə qarşı dağıdıcı silahlardan istifadə edib”
Tarix: 13.04.2016 | Saat: 15:45:00 | E-mail | Çapa göndər


“Biz gecə-gündüz hərbçilərimizin sağlamlığının keşiyindəyik. Səyyar hospitala daxil olan yaralıların yaralanma dərəcəsini təhlil edərkən belə qənaətə gəldim ki, düşmən hərbçilərimizə qarşı dağıdıcı silahlardan istifadə edib”. Bunu Azərbaycan Silahlı Qüvvələrin baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, adətən müharibə zamanı ağır yaralanmanın dərəcəsi 10-12 faiz olmalıdır: “Müşahidələr göstərdi ki, bizdə bu 40-45 faizə çatıb. Bu, bir daha sübut edir ki, erməni işğalçıları döyüşlər zamanı iriçaplı və daha dağıdıcı silahlardan istifadə edirlər. Məsələn, döyüş zamanı yaralanmış bir əsgərin bədənində 40-a yaxın qəlpə var idi. Peşəkar cərrahların səyi nəticəsində qəlpələrin hamısı əsgərin bədənindən təmizləndi”.
F. Babayev qeyd edib ki, ən müasir tibbi avadanlıqlar və texniki vasitələr onların işini asanlaşdırır, hərbi əməliyyatların uğurla həyata keçirilməsini təmin edir. 




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info