“Ən yaxşı ümumtəhsil məktəbi“ müsabiqəsi
Tarix: 27.02.2013 | Saat: 23:13:00 | E-mail | Çapa göndər


Bu il "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində iştirak üçün respublikanın ayrı-ayrı rayon və şəhərlərindən 132 məktəb müsabiqənin Təşkilat Komitəsinə müraciət edib. Təhsil Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, bunu təhsil naziri Misir Mərdanov Təşkilat Komitəsinin iclasında deyib. Onun sözlərinə görə, müsabiqədə iştirak üçün sənəd verən 132 məktəbdən 21-i 2007-2008-ci dərs ilində, 2-si isə 2008-2009-cu dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. Müsabiqədə iştirak etmək istəyən ümumtəhsil müəssisələrindən 103 məktəbin müvafiq bal toplayaraq II mərhələyə buraxıldığını bildirən M.Mərdanov qeyd edib ki, "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsi üzrə məktəb direktorlarının təqdimat mərhələsinə martın 1-dən başlamaq nəzərdə tutulur. "Ən yaxşı müəllim" müsabiqəsinə 2012-ci ildə 464, bu il isə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi qeyd edilib.
Müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş müəllimlərdir. İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran təhsil naziri sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 201 nəfərin II mərhələyə buraxıldığını qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info