“Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi”
Tarix: 13.04.2016 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


“İnsanlarımızda 1988-1991-ci illərdə olan, sonra itən vətənpərvərlik ruhunu görürəm. Bu, Azərbaycan Prezidentinin apardığı siyasətin nəticəsidir”.
Bunu Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbirdə şeyxülislam Allahşükür Paşazadə deyib. 
QMİ sədri bildirib ki, 1988-ci ildən sonra o vaxtkı Azərbaycan rəhbərliyi insanlarımızı qurban verib: “Dövlət rəhbərliyinə aciz, asılı insanlar gəldi və insanların vətənpərvərlik ruhunu öldürdülər. 1990-cı il 20 Yanvarda 700-ə yaxın yaralı, 140-a yaxın şəhid vardı. O dövrdə bu insanlara şəhid deməyə qoymurdular. Yaralıları belə xəstəxanalara qəbul etmirdilər. Qafqaz Müsəlmanları İdarəsi o yaralıların bir hissəsini xaricə gönlərdi. Mən 20 Yanvarı ermənilərin işğal siyasətindən ayırmıram”.
 
A. Paşazadənin sözlərinə görə, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra əsası qoyulan və Prezident İlham Əliyev tərəfindən aparılan siyasət, ordu quruculuğu torpaqların işğaldan azad ediləcəyini göstərir: “Əlbəttə, din insanları sülhə çağırmalıdır. Biz məsələlərin sülh yolu həll olunmasının, ədalətli sülhün tərəfdarıyıq. Amma məni narahat edən odur ki, Qaregin dünya ermənilərinə müraciət edib ki, Azərbaycanı Qarabağa iddiasından əl çəkməyə məcbur etmək lazımdır. Son qarşıdurmada Azərbaycan öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi. Mən srağagün Azərbaycan Prezidenti ilə xeyli danışdım. Bu gün tədbirdə şəhid ailələri iştirak edir, dövlət başçısı şəhid ailələrinə dualarını çatdırmağı xahiş etdi. Şəhidlərimiz heç vaxt yaddan çıxmamalıdır”. 




 
Bölməyə aid digər xəbərlər
19.05.2019
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edildi
18.05.2019
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18.05.2019
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18.05.2019
Sevinc Fətəliyeva: Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır
18.05.2019
YAP rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10783

1 “Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edirik”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
4 Dünya rəssamları arasında yer alan azərbaycanlı
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info