Sosial xidmət təminatının inkişafı ilə bağlı layihənin icrasına başlanılıb
Tarix: 13.04.2016 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Avropa İttifaqının “Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” Tvinninq layihəsinin icrasına başlanılıb.
Avstriya Respublikasının aidiyyəti qurumları ilə əməkdaşlıq şəraitində icra olunan layihənin əsas komponentlərindən biri də sosial xidmət təminatına dair insan resurslarının inkişafı, bu sahədə çalışan işçi heyətinin bilik və peşəkarlıq səviyyələrinin artırılmasıdır. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial xidmət işçiləri, Nazirliyin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin, Nazirliyin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, ayrı-ayrı ali təhsil müəssisələrinin, müvafiq sahə üzrə QHT-lərin nümayəndələri üçün təlim-seminarların keçirilməsinə başlanılıb.
Ümumilikdə cari ilin aprel-iyun aylarında hər biri 4 gün olmaqla “Təlim metodları”, “Məişət zorakılığı”, “Ahıllar”, “Cəza çəkməkdən azad edilmiş şəxslər”, “Ailələr və uşaqlar” mövzularında 5 təlim-seminarın keçirilməsi nəzərdə tutulub. Təlim seminarlarda məqsəd müvafiq sahədə fəaliyyət göstərən əməkdaşlara sosial xidmət sisteminin təkmilləşdirilməsi üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrədilməsi, onların öz iş sahələrində nəzəri və təcrübi biliklərinin artırılmasıdır.
“Azərbaycanda Sosial Xidmət Təminatının İnkişafı” Tvinninq layihəsi ölkəmizdə sosial xidmətlər sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsinə dəstək məqsədi daşıyır. Bakı şəhərinin Xəzər rayonu, Gəncə şəhəri, Lənkəran və Xaçmaz rayonları layihənin icrası üçün pilot ərazilər kimi seçilib.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info