İsrailli jurnalistlər ölkəmizdəki vergi mühiti barədə məlumatlandırılıblar
Tarix: 13.04.2016 | Saat: 17:24:00 | E-mail | Çapa göndər


“Azərbaycan bütün dünyada dünyəvi, sülhpərvər və tolerant ölkə kimi tanınır və digər xalqların milli-mənəvi dəyərlərinə hər zaman hörmətlə yanaşır.”
Vergilər Nazirliyindən bildirilib ki, bu fikirlər vergilər nazirinin müavini İlkin Vəliyevin İsrail dövlətinin Jurnalistlər Birliyinin nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Nazir müavini Prezident İlham Əliyevin ölkənin tolerantlıq siyasətinin bariz təzahürü kimi 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini qonaqların diqqətinə çatdırıb.
Qeyd edilib ki, Azərbaycan vətəndaşları olan və cəmiyyətimizin vacib tərkib hissəsi hesab edilən yəhudi, eləcə də İsraildəki Azərbaycan icması ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmləndirilməsində mühüm rol oynayır. O, həmçinin ölkə başçısı tərəfindən aparılan uğurlu siyasət nəticəsində qeyri-neft sektorunun sürətli inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, aparılan vergi islahatları, Azərbaycana sərmayə qoyuluşu və təşviqi ilə bağlı imkanlar və bu sahədə vergi qanunvericiliyində 2016-cı il ərzində edilmiş mühüm dəyişikliklər barədə qonaqlara məlumat verib.
Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edən İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının nümayəndəsi, nümayəndə heyətinin rəhbəri Aleksandr Şapiro Suliman assosiasiya tərəfindən görülən işlərdən danışıb.
İ.Vəliyev Azərbaycan Respublikasında vergi mühiti və xarici investorlar üçün yaradılan şərait barədə jurnalistlərin suallarını cavablandırıb, Azərbaycanda vergi inzibatçılığının təkmilləşdirilməsi, avtomatlaşdırılması, vergi ödəyicilərinə göstərilən elektron xidmətlər, biznesə başlamaq üçün qeydiyyat prosedurlarının elektronlaşdırılması və asanlaşdırılması ilə bağlı geniş məlumat verib.
Görüşdə Azərbaycanla İsrail arasında tarixə əsaslanan dostluq münasibətlərinin gələcəkdə də davam edəcəyinə, iki ölkə arasında, o cümlədən iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik ifadə olunub və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan nefti bahalaşır
24.04.2019
Azərbaycanda startapçılara geniş imkanlar təqdim edən “Falcons Summit” sammiti keçirilir
24.04.2019
KOBİA-da Səudiyyə Ərəbistanı Krallığının dövlət və özəl qurumlarının nümayəndələri ilə görüş keçirilib
24.04.2019
“Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu” mövzusunda dəyirmi masa keçiriləcək
23.04.2019
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info