Şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Tarix: 13.04.2016 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsində (QMİ) şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib.Tədbirdə şəhid yaxınları iştirak ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqların azad ediləcəyimizə əmin olduğunu söyləyib. 
Multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla deyib ki, QMİ sədri Azərbaycanın mənəvi qələbəsi üçün çox böyük işlər görüb: “Din xadimlərimiz Azərbaycanın böyük qələbəyə yaxınlaşmasını bir az da intensivləşdirdilər. İnşallah, Azərbaycan xalqının iradəsi, Ali Baş Komandanın qətiyyəti ilə biz torpaqlarımızın azad ediləcəyi günü görəcəyik. Ruhanilər çox böyük qüvvədir, onlar qələbənin ruhu üçün böyük xidmət göstərdilər və göstərirlər”. 
Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, artıq düşmən Azərbaycan dövlətinin və ordusunun nəyə qadir olduğunu bilir: “Bu gün evlərdə Azərbaycan bayraqlarının dalğalanması, dövlət başçısının portretlərinin asılması hər şeyi göstərir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz hökmən qalib gələcəyik, qaçqın və məcburi köçkünlərimiz torpaqlarımıza qayıdacaq”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd edib ki, bir neçə gün ərzində Azərbaycan xalqı qüdrətli xalq olduğunu ortaya qoydu: “Azərbaycan xalqı Ali Baş Komandan və ordumuzla bir yerdədir. Bir neçə gün davam edən döyüşlər göstərdi ki, Azərbaycan ordusu istənilən an torpaqlarımızı işğaldan azad etməyə qadirdir”. 
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə xalqda böyük ruh yüksəkliyi olduğunu vurğulayıb və şəhidlərə rəhmət diləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycanın mübarizəsinin haqq mübarizəsi olduğunu, şəhid anaları qarşısında baş əydiyini deyib. Millət vəkili Elman Məmmədovun sözlərinə görə, bu gün Azərbaycan xalqı birinci Qarabağ savaşında olduğundan 10 dəfə çox şəhid verməyə hazırdır, təki torpaqlar işğaldan azad edilsin.
 Bakı və Xəzəryanı yepiskopu Aleksandr Ata xüsusən gənclərdə vətənpərvərlik ruhunun yüksək olduğuna diqqət çəkib: “Bizim vəzifəmiz vətənpərvərlik ruhunu dəstəkləməkdir. Bu münaqişə həll olunmalıdır və Azərbaycan sülh və əmin-amanlıqda yaşamalıdır”.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev şəhidlərin Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçdiklərini söyləyib: “Şəhidlik ölümün üzünə dik baxanlara qismət olur. Dövlət başçısı dedi ki, mən tək Azərbaycan analarının deyil, erməni analarının da göz yaşlarını istəmirəm. Çünki hər atılan güllə bir ananın övladına dəyir. Ay erməni, sənin Azərbaycan torpağında nə işin var ki, meyitin də burada qalır?! Torpağın yoxdu?! Elə indiki torpağın da bizim torpağımızdır. Azərbaycan xalqı silahsız da Qarabağa getsəydi, qarşısında heç kim dura bilməzdi, çünki böyük ruh yüksəkliyi var. Bizim bu dünyada ən uca bayrağımız Qarabağ səmalarında dalğalanacaq”.
 
Millət vəkili Bəxtiyar Sadıxov bu gün xalqın gözünün birinin güldüyünü, birinin ağladığını deyib: “Sevinci bizə Azərbaycan ordusu, Ali Baş  Komandan yaşatdı. Bizi ağladan isə itkilərimizdir”. 
Şəhid atası Nadirşah Axundov bəyan edib ki, işğal altındakı torpaqlar tarixi Azərbaycan torpaqlarıdır: “O torpaqlar bizimdir və bizim olacaq. Bir şəhid atası kimi mən buna inanıram. Vətən sağ olsun!” 
Digər şəhid yaxınları da Azərbaycanın işğal altındakı torpaqlarının qaytarılacağına, Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünün bərpa olunacağına inandıqlarını vurğulayıblar. 
Tədbirin sonunda  Azərbaycandakı dini konfessiyaların rəhbərləri adından Ermənistanın təmas xəttində törətdiyi son təxribatla bağlı dünya ictimaiyyətinə müraciət qəbul edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info