Dini konfessiya rəhbərləri erməni təxribatı ilə bağlı dünya ictimaiyyətinə müraciət ediblər
Tarix: 13.04.2016 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Aprel ayında Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş vermiş təxribatla bağlı QMİ sədri Allahşükür Paşazadə, Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Dağ Yəhudiləri İcmasının rəhbəri Melix Yevdayev və Azərbaycan Avropa Yəhudiləri İcmasının sədri Gennadi Zelmanoviç adından dünya ictimaiyyətinə müraciət qəbul edilib. 
Müraciətdə qeyd edilir ki, dünyanı məhvərindən çıxmağa qoymayan ümumi mənəvi dəyərlərə istinad edən din xadimləri bütün dünyada hər zaman sülh və anlaşma tərəfdarı kimi çıxış edirlər:  
“Son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində ermənilərin təxribatlara əl atması Ermənistanın işğalçı niyyətini bir daha sübut edib. Müharibənin sülh yolu ilə həll olunmasını istəyən, günahsız qurbanların sayının artmasını istəməyən Azərbaycan tərəfi əvvəlcə birtərəfli qaydada atəşkəs elan edib. Hazırda ümumi atəşkəs haqda razılaşma əldə olunsa da, qarşı tərəfdən mütəmadi şəkildə pozulmaqdadır". 
Müraciətdə bildirilir ki, dünya, o cümlədən ermənilərin özləri Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu bilir: "Bütün beynəlxalq sənədlərdə Azərbaycanın ərazi bütövlüyü tanınır. Dağlıq Qarabağ Respublikası adlı qondarma qurum heç bir beynəlxalq təşkilat və dövlət tərəfindən qəbul edilmir. Nəticə etibarı ilə işğal altında olan ərazilər nəzarətsiz, istənilən qanunsuz əməllər üçün əlverişli məkandır. Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş dəyərli həmvətənlilərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin başsağlıqlarımızı  bildirir, Allahdan rəhmət, yaralıların tezliklə şəfa tapmalarını diləyirik”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info