Nəsimi rayonunda 990 daimi yeni iş yeri açılıb
Tarix: 13.04.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqindən irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyətində keçirilən yığıncaqda müzakirə olunub.
İclasda çıxış edən rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov ilin birinci rübünün rayonda görülən işlər barədə məlumat verib.
Bildirilib ki, hesabat dövründə rayonda 124000,0 min manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Sənaye istehsalının 26 faizi məhsul istehsalının, 74 faizi isə sənaye xarakterli xidmətlərin payına düşüb. Sənayenin dövlət sektorunda 39804,0 min manatlıq və ya ümumi istehsalın 32,1 faizi qədər, qeyri-dövlət sektorunda isə 84196,0 min manatlıq və ya ümumi istehsalın 67,9 faizi səviyyəsində sənaye məhsulu istehsal edilib. İstehlakçılara 126310,0 min manatlıq və ya bütün sənaye istehsalının 101,9 faizi qədər sənaye məhsulu göndərilib.
İnformasiya və rabitə müəssisələri tərəfindən hüquqi və fiziki şəxslərə faktiki qiymətlərlə 14500,0 min manatlıq rabitə xidməti göstərilib. Xidmətlərin 94,5 faizi qeyri-dövlət rabitə müəssisələri tərəfindən göstərilib. 2016-cı ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 25600,0 min manatlıq xidmətlər göstərilib.
Yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 207469,1 min manat məbləğində investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 57,8 faiz çoxdur. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 128730,0 min manat, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar isə 78739,1 min manat sərmayə yönəldiblər.
İlin eyni dövründə podratçı təşkilatların gördükləri işlərin həcmi 111803,8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,8 faiz artıb. Podratçı təşkilatların gördükləri cari təmir işləri 2722,7 min manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 dəfə artaraq (yeni tikinti, yenidənqurma, genişləndirmə, texniki vasitələrlə yenidən təchiz etmə) 104641,2 min manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,0 faiz, əsaslı təmir üzrə yerinə yetirilən işin həcmi 739,5 min manat, əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artıb.
2016-cı ilin birinci rübündə 990 yeni iş yeri açılıb ki, onlardan hamısı daimi iş yerləridir.
Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yerli icra strukturlarına verdiyi tapşırıqların icrası ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən cari ilin birinci rübü ərzində məqsədyönlü tədbirlər həyata keçirilib.
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.


Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info