“Azərbaycan Cənubi Qafqazda ən qüdrətli orduya malikdir”
Tarix: 13.04.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


"Cəbhə xəttində baş verən son hadisələr bir daha göstərdi ki, Azərbaycan həm ruh yüksəkliyi, həm döyüş təchizatı ilə Cənubi Qafqazda ən qüdrətli orduya malikdir və hər zaman torpaqlarını işğaldan azad etməyə qadirdir". Bunu Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Qafqaz Müsəlmanları İdarəsinin şəhidlərimizin xatirəsinə həsr olunan tədbirində deyib.
S.Novruzov bildirib ki, bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil:"Əgər dondurulmuş münaqişə həll olunmursa, bu, hər zaman təhlükə deməkdir. Beynəlxalq təşkilatlar bunu başa düşməlidir ki, əgər münaqişə sülh yolu ilə həll olunmursa, Azərbaycan alternativ yol ilə öz torpaqlarını işğaldan azad etməyə hazırdır".
S.Novruzov deyib ki, bəzi qüvvələr düşünürdülər ki, münaqişəni uzadacaqlar, yeni nəsil işğal olunmuş torpaqları unudacaq və beləliklə münaqişə həll olunacaq: "Ancaq son hadisələr göstərdi ki, yeni nəsil işğal olunmuş torpaqlarımızı azad etməyə daha çox can atır, könüllü olaraq döyüşə getməyə hazır olduqlarını bildirirlər".
Deputat əlavə edib ki, bir çox böyük dövlətlər Azərbaycanın haqlı olduğunu bildirdi və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi: "Azərbaycanda həm dövlət strukturları, həm ictimai təşkilatlar, həm də cəmiyyət bu hadisələr zamanı vahid mövqedən çıxış etdi və bu da düşmənimizi qorxuya saldı. Azərbaycan Prezidentinin rəhbərliyi altında uzun illər aparılan iş öz bəhrəsini verəcək. Azərbaycan Prezidenti atəşkəsi bərpa etməklə dünyaya sübut etdi ki, Azərbaycan sülhsevər bir ölkədir və biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Lakin beynəlxalq təşkilatlar bunu başa düşməli və münaqişəni həll etməlidir. Əks halda Azərbaycanın rəşadətli ordusu öz bayrağını İrəvanın ortasından asacaq və beynəlxalq təşkilatlar hər şeyin gec olduğunu başa düşəcəklər".
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info