Nərimanov rayonunda 730 daimi iş yeri yaradılıb
Tarix: 13.04.2016 | Saat: 17:54:00 | E-mail | Çapa göndər


Aprelin 13-də Nərimanov rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
Nərimanov Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasının iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev son günlər təmas xəttində erməni qəsbkarlarının təxribatçı hücumunun qarşısının qətiyyətlə alındlığını xatırladıb, Azərbaycan ordusunun cavab tədbirləri zamanı qəhrəman əsgər və zabitlərimizin göstərdiyi şücaətindən söhbət açıb.
Sonra Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hesabat məruzəsində rayonun sosial-iqtisadi inkişafını təmin edən ayrı-ayrı sahələr üzrə müvafiq dövrdə görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr diqqətə çatdırılıb. Respublikamızda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Bakı şəhərinin aparıcı rayonlarından olan Nərimanov rayonunun da hərtərəfli inkişafı üçün böyük işlərin görüldüyü və bu işlərin hazırda da uğurla davam etdirildiyi vurğulanıb.
Bakı şəhərinin giriş qapısı sayılan Heydər Əliyev prospektinin yenidən qurulması layihəsinə uyğun olaraq istismar müddətini keçmiş və sökülmüş səkkiz yaşayış binasının yerində milli memarlıq üslubunda müasir dörd yaşayış binasında işlərin sona çatdırılılaraq sakinlərin istifadəsinə verilməsinə başlanıldığı qeyd edilib. Həmçinin Heydər Əliyev prospekti 64 və Koroğlu Rəhimov küçəsi 3A ünvanlarda orijinal layihə əsasında inşa edilmiş yeni yaşayış binalarının istismara tam hazır vəziyyətə gətirilərək sakinlərin istifadəsinə verildiyi bildirilib.
Rayonda qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, tikinti ilə bağlı mühüm layihələrə investorların cəlb olunması, birinci növbədə əhalinin məşğulluq səviyyəsinin qısa vaxtda artırılması üçün tikinti sektorunun inkişaf etdirilməsi ilə bağlı icra hakimiyyətinin təşəbbüs və təklifləri nəzərə alınaraq, Nazirlər Kabineti tərəfindən qəbul olunan, rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yeni binaların tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı qərarın icrasının təmin edilməsindən irəli gələn vəzifələrin mərhələli həlli istiqamətində işlərə başlanılıb. Nərimanov rayonu üzrə 11031 nəfərin yaşadığı 3028 mənzildən ibarət olan 219 yaşayış binasının sökülməsi və yenidən qurulmasının planlaşdırıldığı qeyd edilib.
Diqqətə çatdırılıb ki, rayonda yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 730 daimi iş yeri yaradılıb.
Rayon əhalisinin və rayon ərazisində fəaliyyət göstərən sahibkarları və iş adamlarını narahat edən problemlərin aradan qaldırılması və operativ qaydada həll olunması məqsədilə icra hakimiyyətinin nəzdində 16-43 nömrəli “qaynar xətt” xidmətinin fəaliyyət göstərdiyi bildirilib. Həmçinin rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı yerli icra hakimiyyəti orqanlarının sərəncamından, əmrindən, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə baxan kollegial orqan olan 9 nəfərdən ibarət Apellyasiya Şurasının yaradıldığı vurğulanıb.
Eyni zamanda, ötən dövr ərzində rayon rəhbərliyi tərəfindən 488 vətəndaşın iştirakı ilə keçirilmiş 6 səyyar görüş və qəbullar zamanı edilən 62 müraciətdən 59-nun müsbət həllini tapdığı, 3-nün isə nəzarətə götürüldüyü diqqətə çatdırılıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev, Bakı Şəhər Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova, iş adamı, “Caspian Audit Company” şirkətinin direktoru Əlibala Məhərrəmzadə və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işləri barədə fikirlərini bildiriblər. Onlar dövlətimizin başçısının rəhbərliyi altında ölkə həyatının bütün sahələrində əldə edilmiş nailiyyətləri diqqətə çatdırıb və Nərimanov rayonunda hesabat dövründə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info