“Formula-1” Qran-prisinə biletlərin 65 faizini xarici azarkeşlər alıb
Tarix: 13.04.2016 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək “Formula-1” Avropa Qran-prisinə hazırlıq işləri yekunlaşmaq üzrədir.
Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib.
Qran-pri yarışlarına təxminən iki ay vaxt qaldığını bildirən N.Arpadarai trekə asfalt qatının salınmasının əsasən başa çatdığını deyib: “Yalnız Hökumət Evi ilə üzbəüz olan hissə qalıb. Tribunaların, təhlükəsizlik baryerlərinin quraşdırılması nəzərdə tutulub”.
N.Arpadarai bilet satışı haqqında da məlumat verərək bildirib ki, biletlərin 65 faizini xarici azarkeşlər alıb və bu, çox gözəl göstəricidir.
BŞH rəsmisi Qran-pri üçün 12 min könüllünün müraciət etdiyini söyləyib: “Elan etmişdik ki, bizə beş min könüllü lazımdır. Ancaq onların sayı 12 minə çatıb. Müraciət edənlərin hamısı yerli könüllülərdir. Könüllülərlə yanaşı, marşallar da var. Marşalların rolu çox önəmlidir. Məsələn, tras boyu dayanıb bayraqlar vasitəsilə işarə edirlər, qəza zamanı kömək göstərirlər. Cəmi min marşal olmalıdır. Onların 300-ü xaricdən gələcək. Marşal olmaq üçün xüsusi lisenziya lazımdır. Onlar müəyyən təlimlərdən keçirlər. Bu lisenziyanı alan marşal istənilən ölkədə keçirilən yarışda iştirak edə bilər”.
N.Arpadarai qəzaya düşən Avropa Qran-prisinin elçisi Fernando Alonsonun vəziyyəti barədə də məlumat verib: “Alonso yalnız Bəhreyn Qran-prisində iştirak edə bilmədi. Onunla orada görüşmüşdük. Hesab edirik ki, vəziyyəti yaxşılaşıb. O, Çin Qran-prisində iştirak edə biləcək və buna kifayət qədər hazırdır. Əlbəttə, Alonsonun qəzası ciddi idi. Pilotlar bu cür qəzalara hazırdırlar və bundan sonra da yarışlara qatılırlar. İyunda Alonsonu Bakıda gözləyirik və əminik ki, o, Avropa Qran-prisində iştirak edəcək”.
Xatırladaq ki, “Formula-1” Avropa Qran-prisi iyunun 17-19-da Bakıda keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq
21.09.2018
UEFA Avropa Liqası: “Sportinq“ - “Qarabağ“ 2-0
20.09.2018
FİFA-nın növbəti reytinq cədvəli açıqlanıb
20.09.2018
Ukrayna cüdoçusu Daria Bilodid “Bakı-2018“in ilk qalibi olub
20.09.2018
“Bakı-2018“: Cüdo üzrə dünya çempionatının ilk finalçıları bəlli olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info