“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir”
Tarix: 13.04.2016 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan ilə əlaqələrin yüksək səviyyədə saxlanılmasına və daha da inkişaf etdirilməsinə böyük önəm verir.
Bu fikri Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nəhyan Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovla görüşündə söyləyib.
Nazir Azərbaycan ilə Birləşmiş Ərəb Əmirliklərinin qardaş ölkələr olduğunu, Azərbaycanın mövqeyini hər zaman dəstəklədiklərini qeyd edib. O, son günlər cəbhə xəttində yaranmış son vəziyyət, ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Prezident İlham Əliyevin nümayiş etdirdiyi sülh strategiyasını alqışlayaraq, problemin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllinin vacibliyini bildirib.
Səfir Daşqın Şikarov cəbhə xəttindəki son hadisələrlə bağlı məlumat verərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mövqelərini, xüsusən də dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini ağır artilleriya və iriçaplı pulemyotlardan atəşə tutması nəticəsində mülkü şəxslər həlak olub, yaşayış evləri, məktəblər, xəstəxanalar və məscidlər dağıdılıb. Qeyd olunub ki, ağır silahlarla silahlanmış erməni ordusu atəşi məhz 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunmuş tarixi Azərbaycan ərazilərindən açır. Səfir bu kimi təxribat xarakterli əməllərin dayandırılması, həmçinin evlərin və məscidlərin dağıdılmaması, mülkü insanlar arasında daha çox itkilərə yol verilməməsi naminə Azərbaycan tərəfinin cavab atəşi açmaq məcburiyyətində qaldığını bildirib. O, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaranmış son vəziyyətlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası kimi təşkilatların, həmçinin Səudiyyə Ərəbistanı, Türkiyə, Pakistan, Belarus və digər ölkələrin Azərbaycanın haqlı mövqeyini tam dəstəklədiklərini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərini qeyd-şərtsiz tərk etmələrini tələb edən bəyanatlar verdiklərini diqqətə çatdırıb.
Diplomat Azərbaycanın işğal altındakı torpaqlarının sülh yolu ilə, xüsusən BMT-nin qəbul etdiyi qərar və qətnamələrdə qeyd edilən prinsiplər əsasında həllinin tərəfdarı olduğunu bildirib. O, Ermənistan tərəfinin sülh danışıqlarından imtina etdiyini, işğalçı Ermənistanın BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymadığını diqqətə çatdırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info